Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 06:30

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

13:41 26.1.2016

İlham Əliyev deyib ki, 2016-cı il islahatlar ili olacaq

İlham Əliyev son 12 ildə ölkədə 25 elektrik stansiyası tikildiyini, Azərbaycan üzrə qazlaşmanın 90 faizə çatdığını, 12 min km yol çəkildiyini, 3 min məktəb inşa edildiyini söyləyib.

O, eyni zamanda son 12 ildə maaşların 5 dəfə, pensiyaların 7 dəfə artırıldığını, sahibkarlara 1.7 milyard manat güzəştli kredit verildiyini, ölkəyə 200 milyard dollar xarici sərmayə qoyulduğunu qeyd edib.

14:19 26.1.2016

Təkcə tikintidə 25 min iş yeri bağlanıb

«Keçən ilin əvvəli ilə müqayisədə bu ilin əvvəlinə təəssüf ki, tikinti sektorunda 25 mindən çox iş yeri bağlanıb. Digər belə sahələr də var».

APA-nın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

14:39 26.1.2016

Qarabağda zorakılıq hesabatı qəbul olunmadı

AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilib. Hesabat səsvermədən sonra qəbul edilməyib.

Yanvarın 26-da Strasburqda keçirilən sessiyada həmçinin Azərbaycanın cəbhəyanı rayonlarının əhalisinin Ermənistan tərəfdən qəsdən sudan məhrum edilməsinə dair daha bir hesabat da müzakirə edilib.

Yaxın dəqiqələrdə bu hesabatla bağlı da səsvermə keçiriləcək.

15:45 26.1.2016

"...qəsdən içməli sudan məhrum etmə" məruzəsi qəbul olundu

AŞPA-da müzakirəyə çıxarılan digər sənəd deputat Milica Markovic-in “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatdır.

Sessiyada çıxış edən Markovic deyib ki, Dağlıq Qarabağ və işğal altındakı 6 bölgəni içməli su ilə təmin edən Sərsəng su anbarının 80 faizi Ermənistanın nəzarətindədir. O bildirib ki, vəziyyəti müşahidə etmək üçün bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib. Lakin hər dəfə Ermənistan tərəfi bir səbəb gətirərək Markovicin əraziyə germəsini təmin etməkdən boyun qaçırıblar.

Məruzə səsə qoyulub və qəbul edilib.

Davamı

XS
SM
MD
LG