Israildən Türkiyəyə İŞİD ittihamı
İsrailin müdafiə naziri Türkiyəni, özünü İslam Dövləti adlandıran təşkilatdan neft almaqla onu maliyyələşdirməkdə ittiham edib.
Afinada çıxış edən Moshe Yaalon deyib ki, İŞİD öz neftini Türkiyəyə çox uzun müddətdə satıb.
Türkiyə İŞİD-lə hər hansı neft sövdələşməsində olduğu barədə iddiaları rədd edir və ABŞ Rusiyanın belə ittihamlarının təkzib olunmasında Ankaranın tərəfini saxlayır.
“Terrora qarşı hər hansı formada iştirak edib-etməmək Türkiyənin, Türkiyə hökumətinin və Türkiyə rəhbərliyinin öz işidir” – deyib İsrailin müdafiə naziri.
Bu günki AzadlıqLive-da:
Transparency İnternational: "Azərbaycan Qafqazın korrupsiya çempionudur"
Human Rights Watch: "Amansız repressiyalar"
Freedom House: "Neftin qiyməti düşdükcə, azadlıq azalır"
Beynəlxalq hesabatlara Azərbaycanda reaksiyalar-
AXCP sədri Əli Kərimli: "Korrupsiya Azərbaycanda idarəçilik prinsipidir"
Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov: "Adamların korrupsiyaya qarşı müqaviməti artır"
Milli Məclisin vitse-spikeri Bahar Muradova: "Freedom House qərəzlidir"
Müsavat başqanı Arif Hacılı: "Son bir ildə vəziyyət daha da pisləşib"
Beynəlxalq Bankın müşahidə şurası hara baxırdı?
Maliyyə naziri Samir Şərifov ANS-ə müsahibəsində Azərbaycan Beynəlxalq Bankının (ABB) borclarından söz açıb.
O, problemlərin həmin qurumun keçmiş rəhbərliyindən qaynaqlandığını söyləyib:
“ABB-də səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Ölkə prezidentinin sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Asan deyil, çünki bankın sabiq idarəçiləri, sabiq rəhbərliyi bir çox kobud səhvə yol vermişdi... Bir çox hallarda Müşahidə Şurasının qərarlarına əməl edilməmiş, bu qərarlar pozulmuş və bank barədə məlumatlar təhrif olunmuşdu. Nəticə etibarilə, bu bankda mənimsəmə halları müşahidə edilib”.
Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, bankın Müşahidə Şurasının sədri kimi Maliyyə Nazirliyi rəhbərliyinin də məsuliyyəti var:
“Müşahidə Şurası, ən azı, "Banklar haqqında" qanundan irəli gələn nəzarət vəzifələrini icra etməyib. Əlbəttə, başa düşürəm ki, Cahangir Hacıyev Müşahidə Şurası ilə hesablaşmayıb, bəlkə də ona bütün məlumatları təqdim etməyib. Amma yenə də bütün bunlar Müşahidə Şurası sədrinin və üzvlərinin məsuliyyətini azaltmır”.
Müxalifət liderləri hansı maşında gəzir?
Prezident İlham Əliyev məmurları Azərbaycanda yığılan Lifan maşınlardan xidməti avtomobil kimi istifadə etməyə çağırıb.
Təxminən 1 il əvvəl modern.az saytı müxalifətçilərin hansı maşınlardan istifadə etməsilə maraqlanmışdı.