Keçid linkləri

2025, 31 Dekabr, çərşənbə, Bakı vaxtı 15:26

AzadlıqLive- Azərbaycanın borc reytinqi "zibil" səviyyəsinə düşdü

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:45 26.1.2016

Khomeininin nəvəsi uzaqlaşdırıldı

İran İslam Respublikasının banisi Khomeinin nəticəsi atasının ali dini quruma seçkidən kənarlaşdırıldığını deyir.

Hassan Khomeininin oğlu Ahmad Khomenei bunu yanvarın 26-da “İnstaqram”səhifəsində yazıb.

Onun sözlərinə görə qərarı yanvarın 25-də İnqilab Şurası verib.

Bu barədə İranın dövlət İRNA agentliyi də məlumat yayıb.

16:04 26.1.2016

Daha 2 bank bağlanır

Mərkəzi Bank «Yunayted Kredit Bank» və «NBCBank»ın bank lisenziyalarını ləğv edib.

MB-dan verilən məlumata görə, bankların bağlanma səbəbləri eynidir:

- kapitalın minimum məbləği tələbinə əməl etməməsi;

- kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi;

- cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsi.

Banklara müvəqqəti inzibatçı təyin edilib.

15:45 26.1.2016

"...qəsdən içməli sudan məhrum etmə" məruzəsi qəbul olundu

AŞPA-da müzakirəyə çıxarılan digər sənəd deputat Milica Markovic-in “Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən içməli sudan məhrum edilməsi” adlı hesabatdır.

Sessiyada çıxış edən Markovic deyib ki, Dağlıq Qarabağ və işğal altındakı 6 bölgəni içməli su ilə təmin edən Sərsəng su anbarının 80 faizi Ermənistanın nəzarətindədir. O bildirib ki, vəziyyəti müşahidə etmək üçün bir neçə dəfə Ermənistan tərəfinə müraciət edib. Lakin hər dəfə Ermənistan tərəfi bir səbəb gətirərək Markovicin əraziyə germəsini təmin etməkdən boyun qaçırıblar.

Məruzə səsə qoyulub və qəbul edilib.

14:39 26.1.2016

Qarabağda zorakılıq hesabatı qəbul olunmadı

AŞPA-da “Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması” adlı hesabat müzakirə edilib. Hesabat səsvermədən sonra qəbul edilməyib.

Yanvarın 26-da Strasburqda keçirilən sessiyada həmçinin Azərbaycanın cəbhəyanı rayonlarının əhalisinin Ermənistan tərəfdən qəsdən sudan məhrum edilməsinə dair daha bir hesabat da müzakirə edilib.

Yaxın dəqiqələrdə bu hesabatla bağlı da səsvermə keçiriləcək.

Davamı

XS
SM
MD
LG