"Financial Times" Ilham Əliyevdən yazır
"Financial Times" qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, neft gəlhagəli erasının başa çatması ilə Azərbaycan prezidenti İlham Əliyev özü üçün “nabələd əraziyə daxil olub”.
“O neft gəlhagəlinin dalğalarında ən çox serfinq etmiş dünya lideridir”
Bu günki AzadlıqLive-da:
Qızıl çıxaran fəhlələr 21 aydır ki, maaş ala bilmirlər. Əllərində məhkəmə qərarı da var
İşdə ixtisar olunsanız, nə edərdiniz?
Neftin qiymətinin 10 dollara düşəcəyini v əksinə, 70 dollara qalxacağını deyənlər var.Sizcə neft neçə olacaq?
Tələbə təqaüdləri artırıldı
Azərbaycan prezidenti İlham Əliyev doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, prezidentin “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 30 avqust 2013-cü il tarixli sərəncamı ilə müəyyən edilmiş təqaüdlərin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılıb.
SOCAR neftinin maya dəyəri 20 dollardır
"Report" SOCAR-a istinadən xəbər verir ki, şirkətin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov İsveçrənin SRF telekanalına müsahibəsində deyib: ""Sirr deyil ki, biz nefti quruda və dənizdə hasil edirik. Neft hasilatının maya dəyəri də fərqlidir. Quruda köhnəlmiş yataqlardan nefti hasil etmək, əlbəttə, dənizdə olan yeni yataqlardakı hasilatdan daha çox xərc tələb edir. Beləliklə, neftin hasilatı bizə orta hesabla 20 dollara başa gəlir".