Avqustun 8-dən AzadliqRadiosu-nun TürkSat peykində "Kanal V"də həftəiçi hər gün axşam saat 8-də efirə gedən gündəlik "Azadliq A-Live" proqramı yayımdan çıxarılıb.
Kanal göndərdiyi rəsmi məktubda bu addımının səbəbini açıqlamır.
Azərbaycanda - özəlliklə sentyabrda planlasdırılan referendum ərəfəsində, ictimaiyyətin müstəqil xəbər almaq haqqını təmin etmək üçün AzadlıqRadiosu TV və Radio formatlarında verilişlərini davam etdirəcək.
"Azadliq A-LIVE" televiziya proqramını hər gün eyni vaxtda - Baki vaxtıyla axşam saat 8-də AzadlıqRadiosu-nun Facebook səhifəsində, Youtube kanalında, www.azadliq.org internet ünvanında və SMART TV-lərdə RFE/RL APP vasitəsilə izləmək olar.
Bizi canlı İnternetlə bu linklər vasitəsilə dinləmək olar:
- İnternetdə canlı
- AzadlıqRadiosu-nun streaming-i
- Smartfonlar-da (RFERL apps-lər vasitəsilə və peyk kanallarında bizi oxumaq, dinləmək, həm də bizə baxmaq olur)
«Türksat 1c» 42o peyki (səs yayımı):
Kanalın adı: Azadliq VOA Azeri - radio bölümündə (ümumi axtarışla tapılır)
Tezlik: 11.976 Mhz
Polyarizasiya: Horizontal
Sürət: 27.500 Msps
AzadlıqRadiosu