Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 05:36

' "Azadlıq" qəzeti həbsdə olan şəxsin yeganə azadlığıdır'


"Azadlıq" qəzeti, 3 sentyabr 2006

"Azadlıq" qəzetinin üzərindən kompensasiyaların götürülməsi üçün əlimdən gələni etdim. Daxili məhkəmələrdə onlarla şikayətlərim təmin olundu, onlarla şikayəti Avropa İndan Hüquqları Məhkəməsinə göndərim. Düşünürəm ki, vəkil hər zaman söz və fikir azadlığını müdafiə etməlidir".

Bunu dekabrın 24-də, "Azadlıq" qəzetinin ad günündə vəkil Elçin Sadıqov bildirib. Vəkilin sözlərinə görə, "heykəl məhbusları" Qiyas İbrahimovla Bayram Məmmədov onunla görüşdə informasiyasızlıqdan şikayətləndilər:

"Bildirdilər ki, "Azadlıq" qəzetihəbsdə olan şəxsin yeganə azadlığıdır. İnsanlar "Azadlıq" qəzetinin azadlıq üçün nə qədər önəmli olduğunu bilsəydilər, "Azadlıq" qəzetinin çap edilməsi üçün əllərindən gələni edərdilər".

Dekabrın 24-ü "Azadlıq" qəzetinin ad günüdür. Qəzetin 27-i yaşı tamam olur. Maliyyə sıxıntılarına görə "Azadlıq" qəzeti sentyabrın 6-da çapını dayandırıb.

Hazırda qəzetin iki əməkdaşı - Seymur Həzi və maliyyə direktoru Faiq Əmirli həbsdə, bir neçə əməkdaşı mühacirətdədir. Qəzet çapını dayandırsa da Azadlıq.info saytı fəaliyyətini davam etdirir.

XS
SM
MD
LG