Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 17:22
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:59 18.1.2016

"Sədərək"də alver "ölüb"

“Sədərək” Ticarət Mərkəzində əksər dükanlar bağlıdı. Səbəb alıcı azlığıdır.

Satıcılar AzadlıqRadiosuna bildiriblər ki, alver olmadığından bir çox dükan sahibləri mağazaları bağlamaq məcburiyyətində qalıblar. Üstəlik, yer haqlarının çox olması onları belə bir addım atmağa vadar edib.

"Sədərək"
"Sədərək"

17:43 18.1.2016

Azərbaycanda 50 adamdan "donuz qripi" şübhəsi ilə qan analizi götürülüb

İndiyə kimi “donuz qripi” şübhəsi ilə 50-dən artıq insandan qan nümunəsi götürülüb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindənAPA-nın sorğusuna cavab olaraq bildirilib ki, yoluxma halı aşkarlanmayıb. Bildirilib ki, səhiyyə müəssisələrində zəruri tədbirlər də görülüb: “Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər xəstəxanasında müvafiq çarpayılar ayrılıb".

18:19 18.1.2016

İlham Əliyev elmi işçilərin maaşını 10 faiz artırdı

Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.

18:39 18.1.2016

Yumurtanın qiymətini qaldıran şirkət əməkdaşları həbs edilib

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.

“Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşov isə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apararaq həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətlər ediblər.

Davamı

XS
SM
MD
LG