Bu günki AzadlıqLive-da:
Azərbaycanda şirkətlərdə ixtisarlar
Pensiyaların 10 faiz artırılmasına pensiyaçıların özləri nə deyir?
Çörəyin qiymətini inzibati yollarla saxlaya biləcəklərmi?
Azərbaycan "ən yaxşı ölkələr" siyahısında 53-cüdür
Neft erası qurtardı
"Biz "post-neft erasının" indi yox, bir 20 ildən sonra gələcəyini gözləyirdik"
"Biz büdcəmizi bir barrel xam neftin qiymətinin 50 dollar olacağını düşünərək planlaşdırmışdıq.
Neft qiymətlərinin davamlı düşməsi psixoloji nöqteyi-nəzərdən yorucudur. Biz sosial və sənaye infrastrukturuna, neft istehsalının özünə belə sərmayə qoymalıyıq," - bunu İlham Əliyev Davosda bildirib.
Dollarla kredit bir yandan, işsizlik o biri yandan
Biləsuvar rayon sakini Məhərrəm Məmmədov deyir ki, bank olmayan «İnkişaf üçün maliyyə» təşkilatından 2 min dollar kredit götürüb. 2015-ci ilin fevral devalvasiyasına qədər, hər ay 111 manat pul ödəyib. Fevral devalvasiyasından sonra bu məbləğ 148 manata, ötən il dekabrın 21-də baş verən devalvasiyadan sonra isə 175 manata qalxıb:
«Keçən ay tam ödəyə bilmədim. Gücüm 50 manata çatdı. Nə edim, iş yoxdur. 150 manata kirayə qalırdım, kirayədən də çıxmışam. Ailəmi aparıb qoydum rayona. Mən özüm heç, indi düşüblər mənə zamin duran adamın üstünə. Mən oğurluq edəsi deyiləm ki?"
Rubl eniş rekordu vurur
Yanvarın 21-i səhər saatlarında 1 ABŞ dolları 84 rubl 44 qəpik olub ki, bu 1998-ci ildən bu yana ən aşağı həddir.
Avro isə təxminən 92 rubl olub.
Hər iki valyuta günün əvvəllərində 3 rubldan çox bahalaşıb.
Satışdan yarım saat sonra rubl 4 faiz ucuzlaşıb.
Buna səbəb dünya bazarında neftin kəskin ucuzlaşmasıdır.