Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 18:34
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

16:38 21.1.2016

"Qanunda nəzərdə tutulan ən ağır cəza nədirsə, onun verilməsini istəyirəm".

Döyülərək öldürülən jurnalist Rasim Əliyevin anasıTeyfurə Əliyeva yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu tələblə çıxış etdi.

Məhkəmədə zərərçəkmişdən əvvəl təqsirləndirilən şəxslərin sonuncusu - Samir Mustafayev dindirildi. O bildirdi ki, onunla birlikdə mühakimə olunan digər dörd nəfərin heç birini tanımır. Onları aparıb Rasimlə görüş təyin olunan yeri göstərəndə də məqsədlərindən xəbəri olmayıb:

"Mənə Pərviz zəng eləyib dedi ki, dayısı oğlu Elşən "Bayıl market"in qarşısında bir nəfərlə görüşüb, bir məsələni aydınlaşdırmaq üçün çay içməlidir, ona həmin yeri göstərmək lazımdır. Mən də Bayılda oluram, maşınla gəldilər, təxminən 200-250 metrlik məsafə idi, piyada aparıb göstərdim. Təxminən bir dəqiqə sonra da rəhmətlik gəldi. Mən məsələni bilmədiyim üçün kənarda dayanmışdım, dava düşdü, gedib əl verib yerdən rəhmətliyi qaldırdım. Bilsəydim ki, belə söhbət olacaq, heç aparmazdım. Kim özünü oda atar?! Mən insanlığımı elədim, amma belə baxıram ki, insanlıq eləmək lazım deyilmiş..."

14:51 21.1.2016

Türkiyənin ən zəngin adamlarından olan Mustafa Koç öldü

Türkiyənin məşhur iş adamı, "Koç Holding" İdarə Heyətinin sədri Mustafa Koç 56 yaşında ürək tutmasından vəfat edib.

Bu gün səhər İstanbulda idmanla məşğul olarkən M. Koçun vəziyyəti pisləşib. O, təcili olaraq yaxınlıqdakı Beykoz Dövlət Xəstəxanasına aparılıb. Bir az sonra helikopterlə özəl Amerikan Xəstəxanasına köçülürüb. Həkimlərin 4 saat ərzində göstərdiyi bütün səylərə baxmayaraq, M. Koçu xilas etmək mümkün olmayıb.

M. Koç 1960-cı ildə Ankarada doğulub. Məşhur Koç ailəsinin 3-cü nəslinin nümayəndəsi və Rahmi Koçun böyük oğludur. İsveçrə və ABŞ-da təhsil alıb və 2003-cü ildən bəri "Koç Holding"in rəhbəri idi. O, ənənəvi Bilderberq toplantılarının təşkilatçılarından biri olub.

14:15 21.1.2016

Məşhur "Mamy blue" mahnısını yazan bəstəkar vəfat etdi

Məşhur "Mamy blue" ( Ana həsrəti) mahnısını yazan fransız bəstəkarı Hubert Giraud ( Yuber Jiro) 95 yaşında vəfat edib. Onun 1970-ci ildə yazdığı bu mahnını az qala dünyanın bütün məşhur müğənniləri ifa edib.

13:55 21.1.2016

Gürcüstandan gətirilən maşınlar bir ildə 5 dəfə azalıb

2015-ci ildə Gürcüstandan Azərbaycana 63 milyon 567,3 min dollar dəyərində 3 min 455 minik avtomobili ixrac olunub.

Bu haqda APA Gürcüstan Statistika Xidmətinə istinadən məlumat yayıb. Bu, 2014-cü il ilə müqayisədə 14 min 98 avtomobil və ya 5,08 dəfə azdır. 2015-ci ildə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 4,21 dəfə azalıb.

Davamı

XS
SM
MD
LG