Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 10:32

Məşhur işadamı Mustafa Koç vəfat edib


Mustafa Koç

-

Yanvarın 21-də Türkiyənin məşhur işadamı, «Koç Holding» İdarə Heyətinin sədri 56 yaşlı Mustafa Koç vəfat edib.

Türkiyə mediasını məlumatına görə, səhər evində idman edərkən infarkt keçirən Mustafa Koç dərhal xəstəxanaya çatdırılıb. Həkimlərinin verdiyi məlumata görə, 4 saatlıq tibbi müdaxiləyə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Prezident Recep Tayyip Erdoğan onun vəfatıyla bağlı Koç ailəsinə başsağlığı verib.

«Doğan» xəbər agentliyinin məlumatına görə, Mustafa Koç yanvarın 20-də xüsusi təyyarəsi ilə Ankaraya gedib Erdoğan-la görüşmüşdü. Görüşdən sonra İstanbula qayıdıb. Yanvarın 21-də Sürixə, oradan da Davosa getməyi, övladları ilə istirahət etməyi planlaşdırıbmış.

«Forbes» jurnalının yazdığına görə, Mustafa Koç 1.05 milyard dollar varidatın sahibi olub.

«Koç Holding» şirkətlərinin həyata keçirdiyi ixracat Türkiyənin ümumi ixracatının 9 faizini təşkil edir.

Türkiyənin milli gəlirinin 8 faizini «Koç Holding»ə bağlı şirkətlər verir.

Şərhlər (2)

Bu forum dayandırılıb
XS
SM
MD
LG