Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 21:40
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

18:31 20.1.2016

10 faiz pensiyaçının hansı dərdinə dərmandır?

Təqaüdçü qadın deyir ki, bu 10 manat bəlkə daha az nisyə ərzaq almağa kömək eləyə.

“Xəstəyəm, həkimə getdim, yazdığı dərmanları ala bilmirəm. Dərman da, ərzaq da bahadır. Bir kilo kartof aldım, bir dənə də çörək. Kartofu hələ nisyə almışam. Pensiyaçının günü, bax, belədir. 5 manatla, 10 manatla düzələn iş deyil bu...”

Fevralın 1-dən yaşa görə əmək pensiyalarının baza hissəsi 10 faiz artırılır. Prezidentin sərəncamı ölkədəki 1 milyon 296 min pensiyaçıdan təxminən 1 milyon 223 mininə aid ediləcək.

17:02 20.1.2016

Maaşları nə ilə verəcəklər?

İqtisadçı Azər Mehtiyev: "büdcənin gəlirlərinin toplanması ilə bağlı problemlər gözlə görünür. Ötən il bu problemlərin həllində nisbətən devalvasiyanın rolu oldu, yəni valyutanın artan kursu ilə bu vəsaiti ödəmək imkanı yarandı. Bu il isə hökumət devalvasiyaya getmək istəmir, əslində, artıq bunun üçün də imkanlar məhdudlaşıb. Bu halda yeganə mənbə real şəkildə vergi daxilolmalarının artırılmasına nail olmaqdır. Bu da baş verməsə, ən böyük ehtimalla dövriyyəyə əlavə manat buraxılmasıdır, bu zaman isə inflyasiyanın sürətlənməsi baş verə bilər."

15:08 20.1.2016

Dünyada 197 milyon adam işsizdir, yaxın 2 ilə vəziyyət düzəlməyəcək

Dünyada 197,1 milyon adam işsizdir. Bunu Beynəlxalq Əmək Təşkilatı öz yeni hesabatında bildirir. 2016-cı ildə işsizlərin sayı 2,3 milyon artacaq və 199,4 milyona çatacaq.

2017-ci ildə təşkilatın ehtimalına görə, işsizlər yenə 1,1 milyon nəfər artmalıdır.

13:05 20.1.2016

Mirzə Xəzər 20 Yanvara qayıdır...

Davamı

XS
SM
MD
LG