Keçid linkləri

2025, 29 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:04
Jennifer Lopez
Jennifer Lopez

AzadlıqLive -Neft pulları. Toyda oxumağa 5 milyon

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin

13:14 21.3.2016

Savchenkoya hökm oxunur

Martın 21-də Rusiya məhkəməsində ukraynalı pilot Nadia Savchenkoya hakim hökmü oxumağa başlayıb. Hökmdə Savchenko 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda təqsirli bilinir. Pilot ittihamları rədd edir.

Prokuror Savchenko-ya 23 il həbs cəzası istəyib.

13:19 21.3.2016

Türkiyədə yaya otel sifarişi 40 faiz azalıb

“The Wall Street Journal” qəzetində Yeliz Candemir və Emre Peker yazır ki, ötən illə müqayisədə bu yaya Türkiyəyə biletlərin öncədən sifarişi 40%, otellərdə yerlərin sifarişi isə yarıdan da çox azalıb. Yüzlərlə otel, kurort mərkəzləri satışa çıxarılıb.

13:51 21.3.2016

ATƏT: Qazaxıstanda seçki demokratik keçirilməyib

ATƏT müşahidəçiləri Qazaxıstanda parlament seçkisinin demokratik seçki öhdəliklərinə uyğun keçirilmədiyini deyir. “Qazaxıstan seçki öhdəliklərinin yerinə yetirilməsi yönündə hələ uzun bir yol getməlidir”, - bunu ATƏT seçki missiyasının xüsusi koordinatori Marietta Tidei deyib.

Martın 20-də keçirilmiş parlament seçkisində Prezident Nursultan Nazarbaev-in Nut Otan partiyası səslərin 82.15 faizini toplayıb.

14:17 21.3.2016

Smartfon qadağan olundu

Qazaxıstanda dövlət müəssisələrində smartfon və planşetdən istifadə qadağan edilib.

Yerli media yazır ki, qadağa foto və videokamerası olan, internetə bağlana bilən mobil cihazlara şamil edilib. Qadağa hələ ki, yalnız zəng edə və zəngə cavab verən, SMS göndərilməsi mümkün olan“sadə” telefonlara aid edilməyib.

Davamı

XS
SM
MD
LG