Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:39

Savchenko təqsirli bilindi


Nadia Savchenko
Nadia Savchenko

-

Martın 21-də Rusiya məhkəməsi ukraynalı pilot Nadia Savchenko-nu 2014-cü ildə Ukraynanın şərqində iki rusiyalı jurnalistin ölümündə iştirakda təqsirli bilib. Pilot ittihamları rədd edir.

Rusiya xəbər agentliklərinin məlumatına görə, hakim hökmü oxumağa başlayıb. Hökmdə deyilir ki, Savchenko-nu «siyasi nifrət» təhrik edib.

Prokuror Savchenko-ya 23 il həbs cəzası istəyib.

Bu məhkəmə Ukraynada və bir sıra digər ölkələrdə qəzəb doğurub. Tənqidçilər Kremli məhkəmə məzhəkəsi təşkil etməkdə suçlayırlar.

Savchenko təcridxanada aclıq aksiyası keçirib. Pilot Ukraynanın şərqində rusiyapərəst separatçılarla döyüşdə saxlandığını və qanunsuz olaraq Rusiyaya aparıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG