Moskva Əliyevin tənqidini özünə aid hesab etmir
Moskva Azərbaycan prezidentinin iradını öz üzərinə götürə bilməz. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Nariya Zakharova martın 25-də brifinqdə deyib. TASS-ın məlumatımna görə, söhbət İlham Əliyevin dediklərindən gedir ki, Minsk qrupunun bəzi həmsədrləri destruktiv hərəkətləri ilə münaqişəni dondurulmasına xidmət edirlər. Zakharova deyib ki, Moskva həmişə konstruktiv mövqe tutub.
7 İran hakeri
Amerika hökuməti xəbər verir ki, ABŞ banklarına müdaxilə edərək bizneslərə milyonlarla dollar ziyan vurmuş 7 İran hakerinə qarşı ittiham irəli sürülüb.
Bu şəxslərin habelə Nyu York su anbarına hücum etməyə cəhd göstərdikləri xəbər verilir.
BRÜSSELƏ GÖRƏ MATƏM SAXLAYIRIQ, ANKARAYA GÖRƏ YOX. NİYƏ?
«Newsweek»də Carl Miller Brüsseldə, azı, 31 nəfərin həyatına son qoymuş terror hücumlarının rəqəmsal dünyada törətdiyi əks-sədadan yazır.
Müəllif təkcə sosial mediada deyil, elə ənənəvi xəbər platformalarında da "Paris və Brüssel hücumlarının Bağdad, Ankara, yaxud Nigeriyada baş verənlərdən daha artıq pisləndiyini, daha çox emosional reaksiya doğurduğunu" yazır. "Niyə? Səbəb nədir? Öz laqeydliyimiz? Gizli, sistematik irqçilik? Ancaq bütün bunların terrorçuların əlinə oynaması barədə də fikirlər var." Media icmalı