Prokurorluq təsdiqləmir
Belçika partlayışlarında əlləri olmaqda şübhəli bilinən 2 nəfər saxlanıb.
Bu barədə martın 23-də baş prokurorluq məlumat yayıb və bildirib ki, hazırda onların kimliyi müəyyənləşdirilir. Bundan əvvəl intiharçıların yanında olan 3-cü şəxs Nacim Laaxrauoinin yaxalanması barədə məlumat verilmişdi.
Amma prokurorluq hələlik bu məlumatı təsdiqləməyib.
İntiharçıların yanında olan şəxs saxlanıb
Belçika partlayışlarında intiharçıların yanında olan 3-cü şəxs Nacim Laaxrauoi yaxalanıb.
O Brüsselin Anderlext rayonunda həbs edilib.
Martın 23-də hava limanında partlayış törətməkdə şübhəli bilinən iki qardaşın adları da açıqlanıb. Onlar Xalid və İbrahim El Bakraouidir.
Keçən il 124 nikah müqaviləsi bağlanıb
«Bağlanan belə nikah müqavilələrinin sayı ümumi nikahların heç bir faizini də təşkil etmir. Amma əvvəllər belə müqavilələrinin sayı cəmi 50-60 olardı. Əksər müqavilələr yerli vətəndaşlar arasında bağlanır».
Yağışın yağacağını öncədən «hiss edən» çətir
«Oombrella» adlanan çətir yağışın yağacağından 15 dəqiqə öncə «xəbər tutur». Buna çətirin üzərindəki sensorların havadakı nəmi, istilik dərəcəsini, təzyiqi və s.-i ölçməsi imkan verir. Daha sonra çətir xüsusi proqramla bu xəbərdarlığı istifadəçinin smartfonuna göndərir.