-
Azərbaycanda ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyən nikah müqavilələrinin bağlanması halları tədricən artmağa başlayıb.
Bunu «Trend»də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov deyib.
Şöbə müdirinin bildirməsinə görə, 2015-ci ildə belə cəmi 124 nikah müqavilələri bağlanıb: «Bağlanan belə nikah müqavilələrinin sayı ümumi nikahların heç bir faizini də təşkil etmir. Amma əvvəllər belə müqavilələrinin sayı 50-60 olardı. Bu gün isə müqavilələrin sayı artıq 124-ə çatıb. Əksər müqavilələr yerli vətəndaşlar arasında bağlanır».
Nikah müqaviləsinin bağlanması məcburi deyil. Tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır.
Nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və ya nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını, vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi barədə müddəalar 2000-ci ildə qəbul edilən Ailə Məcəlləsində öz əksini tapıb.