Keçid linkləri

Təcili xəbərlər
2018, 18 Avqust, şənbə, Bakı vaxtı 06:14

Nazirə məxsus olduğu bildirilən şirkətlər hesabat verdi


Azad Rəhimov

Ötən il «İtalDizayn» QSC «İD Qrup» MMC şirkətlər qrupu 1 milyon 230 min manat xalis mənfəət qazanıb. İdman və gənclər naziri Azad Rəhimova məxsus olduğu iddia edilən iki şirkətin birləşdirilmiş maliyyə hesabatlarına görə, dövriyyə 36,1% azalıb.

Maliyyə hesabatında qeyd olunur ki, şirkətlər qrupunun gəlirləri 2016-cı ildə 36 milyon manata yaxın olub. Satışdan təxminən 2015-ci ildəki qədər – 5,6 milyon manat qazanc əldə edib. İnzibati xərclər nəzərə alınmaqla, qrupun mənfəəti 1,4 milyon manat olub. «İtalDizayn» QSC və «İD Qrup» MMC dövlət büdcəsinə toplam 280 min manat mənfəət vergisi ödəyib. Əvvəlki ildə də mənfəətdən vergi bir o qədər olmuşdu.

Buna da bax:​ İdman nazirinin oğlu olsaydınız... [formula-1 araşdırması]

Qrupun çoxlu sayda əmlakı var

Son bir ildə qrupun aktivləri 20 milyon manat artıb və 34 milyon manatı keçib. Şirkət Azərbaycanda mebel, ev ləvazimatı, ətriyyat, saat və zərgərlik məmulatı satışı üzrə 20-dən çox ticarət obyektlərinə sahibdir. Bundan başqa, 1996-cı ildən fəaliyyət göstərən şirkətlər qrupuna «Transevrokom» MMC və «Eurodesign» MMC telekommunikasiya şirkətləri, «İD Keytrinq» MMC qida şirkəti, «Creacon Construction» MMC inşaat şirkəti daxildir. Şirkət korporativ internet səhifəsində «Buta Palace», «Central Station Mall», «Expo Centre» və başqa daşınmaz əmlak komplekslərinin də ona məxsus olduğunu bildirir.

«İtalDizayn» şirkətlər qrupu daha şəffafdır

Dövlət reyestr məlumatlarına görə, «İD Qrup» MMC 2009-cu ildə təsis olunub. Təsisçi isə Lüksemburqun «Arqulux SARL» şirkətidir.

Buna da bax: «TransEvroKom», sən kiminsən?

Azad Rəhimov 2006-cı ildə gənclər və idman naziri təyin olunanadək «İtalDizayn» şirkətinin baş direktoru vəzifəsində çalışırdı. Media hər zaman bu şirkətin nazirə məxsus olduğunu yazıb, o isə bunu inkar etməyib.

Əksər holdinq şirkətlərindən fərqli olaraq, «İtalDizayn» 2015-ci ilin maliyyə hesabatını da media vasitəsilə ictimaiyyətə açıqlamışdı. Qanunvericiliyə görə, törəmə müəssisələri olan şirkətlər illik birləşdirilmiş maliyyə hesabatını mediada dərc etməli, eləcə də korporativ saytında yerləşdirməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG