Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:08

Azad Həsənov narkotikdə ittiham edilir


A.Həsənov
A.Həsənov

Litvadan Azərbaycana gələn və saxlanan Müsavat Partiyasının üzvü Azad Həsənovun hansı cinayətdə ittiham edildiyi bəlli olub.

Bu barədə Azadlıq Radiosuna A.Həsənovun vəkili Osman Kazımov danışıb.

O.Kazımov bildirib ki, oktyabrın 11-də saxlanılan A.Həsənov barəsində Xətai Rayon Məhkəməsi 4 aylıq həbs-qətimkan qərarı verib: «Azad Həsənov Azərbaycan Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik vasitələri hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma) maddəsi ilə ittiham edilir. Cinayət işini Bakı Şəhər Baş Polis İdarəsi aparır».

Həmin maddədə qeyd edilən əməllər sübuta yetirilərsə, A.Həsənovu əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək həbs gözləyir.

Vəkilin bu açıqlamasını, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

A.Həsənov 2014-cü ildən Litvada yaşayırdı. Bakıya oktyabrın 11-də səhər saatlarında gəldiyi bildirilir. Gəlişinə səbəb kimi isə atasının onkoloji xəstə olması göstərilir. Yaxınlarının deməsinə görə, oktyabrın 11-i Hövsanda atası evinin yaxınlığında onu mülkigeyimli şəxslər saxlayıb.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürdükdə A.Həsənov onun Seçki Qərargahının üzvü olub. Müsavat Partiyası bəyanat verərək həbsi siyasi motivli sayıb. Hərçənd rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri qəbul etmirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG