Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:53

Azərbaycanda yollar niyə düzəlmir?


Ermənistan və Qarabağ erməniləri nəyi bölüşə bilmir?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Ermənistan və Qarabağ erməniləri nəyi bölüşə bilmir?

Azərbaycanda kəndlər, şəhərlər var ki, qar-yağış yağanda sakinlərini dərd götürür. Palçıqlı yolları keçmək dərdi.

Halbuki, təkcə keçən il neft pulları və vergi hesabına formalaşan dövlət büdcəsinin təqribən bir milyard yarım manatı Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bu barədə Hesablama Palatasının rəyində bildirilir.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri, iqtisadçı Zöhrab İsmayıl deyir ki, bu Agentlik ən çox pul alan 5-ci dövlət qurumudur. İqtisadçı deyir ki, yolların durumunu nəzərdən keçirəndə dövlət büdcəsindən ayrılan vəsaitin səmərəli xərclənməsinə şübhə edir.

İmişlinin Ağamalılar kəndində də deyirlər ki, 21-ci əsrdə palçıq içində yaşayırlar:

“Biz o trasa çıxana qədər çox əziyyət çəkirik. Yollar tam bərbad olub, maşın girir, çıxa bilmir. Xeyrimizə, şərimizə gələnlər axırda deyirlər ki, burda insan yaşayarmı?! Biz öz özümüzdən utanırıq. Biz nə edək?”

İmişli rayon icra hakimiyyətindən AzadlıqRadiosuna bildiriblər ki, Ağamalılar kəndinin yollarına növbə bu il, 2019-cu ildə çatacaq.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, Azərbaycanda çoxlu sayda kənddə və rayonda belə avtomobil yolları var ki, bərbad haldadır.

Onun sözlərinə görə, vahid bir plan ictimaiyyətə açıqlanmır ki, bütün yolların istidafəyə yararlı olması nə vaxt baş tutacaq.

AzadlıqRadiosunun “Mobil reportyor” rubrikasına video göndərən bir istifadəçisi isə bildirir ki, Bakının yaxınlığında Türkan qəsəbəsində yollar düzəlib, amma tez də sıradan çıxıb:

“Baxın bu yolların vəziyyətinə... Bura 3 milyon pul ayırdılar, amma 100 min xərclədilər...”

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyir ki, təkcə keçən il 700-ə yaxın yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulub. Bu il isə daha 500 məntəqədə yolların təmiri nəzərdə tutulur.

İqtisadçı Zöhrab İsmayıl deyir ki, azı 10 ildir ki, yolların tikintisinə dövlət büdcəsindən hər il 2 milyard manat vəsait ayrılır, amma hələ də ölkədə 100-150 km -lik avtobanlar belə yoxdur.

Zöhrab İsmayıl deyir ki, bəzən təzə yolların yenidən söküb tikildiyi hallar da olur:

"Dünya Bankının maliyyələşdirdiyi Bakı-Şamaxı yolu yenidən qurulur. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi başqa bir yol da Hacıqabul-Kürdəmir yolu idi. Azərbaycan hökuməti 80 milyon krediti aldı və o yol çəkildi, sonra demək olar ki, o yol yenidən çəkildi, 80 milyona tikilmiş yoldan əsər əlamət qalmadı".

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə deyir ki, yollara ayrılmış vəsait tamamilə təyinatı üzrə xərclənir və təmirə ehtiyacın yaranması normaldır.

Dövlət büdcəsindən ayrılan maliyyə vəsaiti heç bir nağdlaşdırma aparılmadan birbaşa olaraq işi görən qurumların hesablarına köçürülür. Yol tikintisi üçün hansısa materialların alınması da hesaba köçürülmə yolu ilə edilir. Dövlət özü də bu vəsaitin necə xərclənməsinə nəzarət edir.

İqtisadçı Zöhrab İsmayılın dediyinə görə, son beş ildir ki, Azərbaycan qeyri -hökumət təşkilatlarının fəaliyyəti məhdudlaşdırıldığı üçün dövlət vəsaitlərinin necə xərclənməsi ilə bağlı monitorinqlər aparıla bilmir, pulların necə xərclənməsinə nəzarət demək olar ki, yoxdur.

Azərbaycanın beynəlxalq korrupsiya reytinqi aşağıdır, Beynəlxalq Şəffaflıq Təşkilatının son hesabatına görə, Azərbaycan 180 ölkə arasında 152 -ci yerdədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG