Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:30

Azərbaycanda Ramazan bayramı qeyd olunur


Bakıda bayram namazı. 2015

Azərbaycanda Ramazan bayramı qeyd edilir.

Bu il Ramazan ayının 1-i miladi təqvimlə aprelin 14-nə təsadüf edib.

Eydül-Fitr–Ramazan bayramı isə Şəvval ayının 1 – may ayının 13-də qeyd olunur.

Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda mayın 13-ü və 14-ü bayram günü sayılır.

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının qənaətinə görə, adambaşına 5-10 manat fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Artıq ikinci ildir ki, Ramazan ayı koronavirus pandemiyasi vaxtina düşür. Ötən ilin martından Azərbaycanda koronavirusla bağlı karantin elan edilib. Bu səbəbdən kütləvi tədbirlərə icazə verilmir.

Xatırlatma

İslam dininə görə, "Qurani-Kərim" Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. "Qurani-Kərim"də həmin ayda oruc tutmaq vacib bilinir. İslamda oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar. Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq da yasaq sayılır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da, İslam qaydalarına görə, xüsusilə günah qəbul edilir.

XS
SM
MD
LG