Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:01

Qız doğanda da döyülən qadın…


Paşinyanın xanımı oğlunun Qarabağdan niyə qayıtdığını izah edir
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Paşinyanın xanımı oğlunun Qarabağdan niyə qayıtdığını izah edir

Ötən həftə BMT-nin Əhali Fondu ilə Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsi “Azərbaycanda qadına qarşı zorakılığın iqtisadi nəticələri” adlı hesabatın təqdimatını keçirib.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai bildirib ki, Azərbaycanda belə zorakılıq hallarının aradan qaldırılması üçün işlər görülsə də, bəzi problemlər hələ də qalır.

O, Beynəlxalq Kişi və Qadın Bərabərliyi Sorğusuna istinadla bildirib ki, 2016-cı ildə aparılmış araşdırmaya görə, həmin il Azərbaycanda kişilərin 32,5 faizi zorakılıq törədib, qadınların isə 32,1 faizi zorakılığa məruz qalıb.

Belə qadınlardan biri keçən ilin fevralında AzadlıqRadiosuna danışıb. Elnaz Cavadova deyir ki, əri və qaynanası biləndə ki, ikinci qıza hamilədir, onu aborta məcbur ediblər və buna görə hətta onu döyüblər:

“Döymək də sözdürmü? Hətta qarnıma təpiklə o qədər vurdular ki… Stolun ayağını qırıb belimə belimə döyürdülər ki, uşaq açılsın, düşsün".

Maliyyə asılılığı

İmişli sakini, beş uşaq anası Səadət Rəhimova isə deyir ki, keçən ilin avqustunda, əri onu baltalayıb, indi həbsdədir:

“İşi yox idi, bizim də beş uşağımız var. Dedim ona get işlə, dedi işləmirəm. Dedim onda mənim yanımda niyə oturmusan, çıx evdən. Dedi ki, çıxmıram. Mən də evə polis gətirdim evdən çıxartdım bunu. Bu da hardasa gizləndi. Bir həftə sonra səhər tezdən pəncərəni sındırdı, girdi içəri, balta-bıcağı götürdü, məni baltaladı”.

Səadət Rəhimova iddia edir ki, əri həmişə onunla pis davranıb, döyüb, təhqir edib.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl bildirir ki, zorakılıq hər yaş qrupunda, hər cür kateqoriyaya aid qadınlara tətbiq olunur, amma bəzi qruplar daha həssasdır. Məsələn, sosial və iqtisadi cəhətdən az təmin olunmuş, kişilərdən asılı qadınların zorakılığa məruz qalması halları daha çoxdur. Reproduktivlik yaşında olan qadınlara da ailələri tərəfindən təzyiqlər olunur.

Şəhla İsmayıl deyir ki, mediada gedən məlumatları və Daxili İşlər Nazirliyininin hesabatlarını təhlil edəndə belə nəticəyə gəlmək olur ki, qadınlara qarşı zorakılıq və pis rəftar artan xətt üzrə gedir, qadınların kişilər tərəfindən qətlləri də artır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, qadınlara qarşı niyə zorakılıq törədilir?
Gözlə

No media source currently available

0:00 0:01:33 0:00

Qanun qəbul olunub, zorakılıq davam edir

Hökumətin mövzu ilə bağlı mövqeyini öyrənmək üçün Ailə, Qadın və Uşaq məsələləri Komitəsinə sorğu göndərsək də, veriliş efirə gedənə qədər cavab ala bilmədik.

Mayın 23-də, BMT-nin Əhali Fondu ilə birgə tədbirində Milli Məclisin Ailə, Qadın, Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib ki, ölkədə məişət zorakılığının qarşısını almaq üçün qanun qəbul olunub.

Qadınların hüquqlarının qorunması istiqamətində xeyli tədbirlər görülüb. O bildirib ki, bir ölkədə qadına qarşı zorakılığın artması cəmiyyətin təhlükəsizliyini də şübhə altına qoyur. Bu zorakılıq gələcək nəslin sağlam yetişməsinə də problem yaradır.

Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl isə deyir ki, dövlətin qadınları müdafiəsi yetərli deyil:

“Maarifləndirmə işləri, reabilitasiya proqramları, müdafiə proqramları eyni səviyyədə aparılmalıdır. Belə proqramların sayı da azdır və onların heç biri yetərli səviyyədə aparılmır”.

Şəhla İsmayıl deyir ki, hələ də qadınlar zorakılığa məruz qalmalarını ictimailəşdirəndə, məsələn, polisə müraciət edəndə ona həqarətlə baxılır, odur ki, qadınlar bu barədə açıq danışmağa çəkinirlər, zorakılıqla bağlı statistika da dolğun olmur.

BMT-nin Əhali Fondu isə bildirir ki, qadınlara qarşı zorakılıq ölkə iqtisadiyyatına da ziyan vurur. Məsələn, hər bir zorakılığa məruz qalan qadının vəkil və sair xidmətlərə ortalama 345 dollar xərci çıxır.

2017-ci ildə belə qadınlar üçün 764 milyon dollarlıq hüquqi xidmət göstərilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG