Keçid linkləri

Təcili xəbərlər
2023, 29 May, Bazar ertəsi, Bakı vaxtı 10:32

Daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb


İran İslam Respublikasından qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlandığı bildirilir.

Bu barədə martin 9-u gecə saatlarında Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumatda qeyd edilir ki, onlar 1966 və 1978-ci il təvəllüdlüdürlər.

“Hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasientlər özlərini normal hiss edirlər, səhhətləri stabildir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli xəstəxanaya yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil-orta ağırdır, hazırda xəstə nəzarət altında saxlanılır və sağlıq durumunun yaxşılaşması üçün lazımi tədbirlər görülür. Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş digər pasientlərin vəziyyəti stabildir” - qərargah bildirir.

Bununla Azərbaycanda koronavirusa yoluxanların sayı 11-ə çatıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb.

Bundan sonra bir sıra ölkələr İranla sərhəddi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da Bakı vaxtı ilə saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Hazırda Azərbaycanda 11 nəfərin bu virusa yoluxduğu açıqlanıb. Əsasən İrandan qayıdan 500-dən çox şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 3.5 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG