Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Aprel, çərşənbə, Bakı vaxtı 12:46

1 milyon tibbi maska Azərbaycandan çıxarılarkən saxlanıb


Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının tibbi maskalara artan tələbatdan sui-istifadə edərək onların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə çalışan və ölkədən çıxarmaq istəyən şəxsləri saxladıqları bildirilir. Bu barədə DİN mətbuat xidməti məlumat verib.

Məlumata görə, içərilərində İran və Çin vətəndaşları da olan bir neçə şəxs saxlanıb: «Keçirilən tədbirlər nəticəsində ümumilikdə 1 milyon 50 min ədədə yaxın tibbi maska müəyyən edilərək dəstə üzvlərindən maddi sübut kimi götürülüb...».

Hələlik, saxlanan şəxslərdən və ya onların yaxınlarından bu açıqlamaya münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu- İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Hazırda Azərbaycanda 9 nəfərin bu virusa yoluxduğu açıqlanıb. Əsasən İrandan qayıdan 500-dən çox şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 3.5 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Koronovirus təhlükəsi yaranandan sonra Azərbaycanda tibbi maskalar real dəyərindən dəfələrlə baha qiymətə satılıb.

XS
SM
MD
LG