Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:56

Yarımçıq qalmış meqalayihələr- media icmalı


Xəzər Adaları layihəsi Khazar
Xəzər Adaları layihəsi Khazar

İyulun 21-də “Yeni Müsavat” qəzeti “Yarımçıq qalan böyük layihələr...”dən yazır.

Qəzet onlarla sahibkarın müflis olduğunu, meqalayihələrin yarımçıq qaldığını bildirir və əlavə edir ki, bunlardan biri də iş adamı İbrahim Nerhrəmli-nin “Xəzər adaları” layihəsidir.

Dəniz içində şəhərcik salınması məqsədilə inşa edilən bu layihənin icrasına Beynəlxalq Bankdan 800 milyon manat kredit götürüldüyü qeyd olunur:

“İ.Nehrəmlinin açıqladığı məlumata görə, indiyədək layihə çərçivəsində görülən işlərə 1 milyard dollara yaxın vəsait sərf olunub. Hazırda layihə üzrə bütün işlər dayandırılıb, tikintilər yarımçıq saxlanılıb”.

Buna da bax: Meqalayihələrdən nə xəbər var?​

Qəzetin yazdığına görə, bu məsələnin maraqlı tərəfi odur ki, digər borclulardan fərqli olaraq, hökumət kredit borcunun əvəzi kimi layihəni İbrahim Nehrəmli-dən almayıb.

Qəzetə danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, belə layihələrin qiymətləndirilməsi düzgün aparılmayıb: “Beynəlxalq Bankdan kredit ayrılan bir sıra layihələr üçün böyük vəsaitlər xərclənib, hətta kredit vəsaitləri belə ciddi mənimsəmələrlə icra olunub. Bunlar çox bahalı, həm də dəyəri reallıqda olduğundan dəfələrlə şişirdilmiş layihələrdir”.

İqtisadçının sözlərinə görə, dövlət kredit borclarının əvəzində bu layihələrə əl qoysa belə, zərərdə qalacaq, “ona görə də obyektlərin özəlləşdirilməsi zamanı itkilərə hazır olmalıdır”.

Buna da bax: Xəzər Adalarının tikintisindən fotolar

Konkret “Xəzər adaları”na gəlincə, N.Cəfərli deyir ki, layihənin absurd olduğu ilk gündən bəlli idi: “Deyirdilər, 120 milyard dollara başa gələcək. Bu qədər böyük vəsait hesabına icra ediləcək layihə heç zaman gəlirli ola bilməz”.

Ekspertə görə, bu layihəyə investor cəlb etməyin ən optimal yolu orada vergidən azad əyləncə zonası yaratmaq, kazinoların fəaliyyətinə icazə vermək, kafelər, əyləncə mərkəzləri tikməkdir.

Enerji sistemi hansı uğurlardan danışır?

Elektrik xətləri
Elektrik xətləri

“Novoye Vremya” yenidən elektrik enerjisi probleminə toxunur: “Azərişıq” uğurlar barədə raport verir”.

Qəzet iyulun 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş blekautu xatırladır. Və bu fonda “Azərişıq”ın Bakıda, bır sıra rayonlarda faisləsiz enerji verilməsi, elektrik stansiya və yarımsatnsiyalarında görülən işlərlə bağlı hesabatına etimadsız yanaşır.

Buna da bax: Enerji və qaz təchizatına nəzarət proseduru dəyişdi

Yazıda energetika sistemində inkişaf olduğu inkar edilməsə də, əhalinin fasiləsiz enerji ilə təminatı barədə danışmağın hələ tez olduğunu deyilir:

“Elektrik nəqli məsələsində fasilələr Bakının mərkəzi rayonlarında da, əyalətlərdə də baş verir”.

“Novoye Vremya” hesab edir ki, ölkənin eneri sistemində hər şey qaydasnda olsa idi, əhali bu yaxınlardakı problemləri yaşamazdı:

“Hətta kiçik bir kataklizm ölkəni iflic hala sala bilirsə necə demək olar ki, enerji təsəsrrüfatı yaxşı vəziyyətdədir? Bunun gizlini yoxdur ki, o qədər də güclü olmayan yağış Bakının yarısını elektriksiz qoya bilir. Belə bir vəziyyətdə ancaq yaxşılar barədə necə raport vermək olar?”

Qəzet elektrik enrjisi təminatında fasilələrin yaranmasını həm “məmur məsuliyyətsizliyi və səriştəsizliyi” ilə izah edir, həm də ixtisaslı mütəxəssis qıtlığı ilə.

Buna da bax: 'Azərbaycanın ən yaxşı mühəndisi' Vəfa Ağayev: 'Sistem, ən azı, iki saata bərpa olunmalı idi'

“Novoye Vremya” hesab edir ki, “Azərişıq” rəhbərliyi uğurlardan danışmaqdansa, işığa olan yüksək tariflərə baxsa yaxşıdır, “ölkənin neft, qaz, elektrik eneji mənbəyi var, amma elektirk tarifləri bu mənbələrdən məhrum ölkələrdəkindən də bahadır” deyilir.

Sonda ölkənin enerji sistemində islahatların vacibliyi xüsusi vurğulanır.

Avropa Birliyinin Cənubi Qafqazda əsas tərəfdaşı

İlham Əliyev İtaliya prezidentinin qızı Laura Mattarella-ya "Şöhrət" ordeni verir, Bakı, 19 iyul 2018
İlham Əliyev İtaliya prezidentinin qızı Laura Mattarella-ya "Şöhrət" ordeni verir, Bakı, 19 iyul 2018

“Azərbaycan” qəzetində “Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas siyasi-iqtisadi tərəfdaşıdır” adlı məqalə diqqət cəlb edir.

Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas siyasi-iqtisadi

Qəzet Azərbaycan-Avropa İttifaqı münasibətlərinə İtaliya prezidenti Sergio Mattarellan-ın Bakı səfəri fonunda baxır.

Buna da bax: İ.Əliyev Mattarellanı və qızını təltif etdi

Bu səfər zamanı keçirilən görüşlər, səslənən bəyanatlar , imzalanan yeni sənədlər, Sumqayıtdapolipropilen zavodunun açılışı iki ölkə arasındakı strateji tərəfdaşlığın “yeni inkişaf mərhələsi” kimi dəyərləndirilir.

Qəzet yazır ki, Sümqayıtdakı zavodun açılışında çıxış edən dövlət başçısı İlham Əliyev İtaliya şirkəti “Maire Tecnimont”un “gözəl bir əsər” yaratdığını söyləyib.

Məqalədə vurğulanır ki, polipropilen zavodunun istifadəyə verilməsi və ilin sonunda polietilen zavodunun işə düşməsilə ölkənin ixrac potensialı artacaq, “hər iki zavodda ildə 300 min ton məhsul istehsal olunacaq və məhsulun 70 faizi xarici bazarlara ixrac ediləcək”, üstəlik bu zavodlar 500-dən çox yeni iş yerinin açılması deməkdir.

Qəzet yazır ki, İtaliya Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır, əsas məqsəd də ticarət əlaqələrinin çoxşaxəli olmasıdır.

Məqalənin sonunda qeyd olunur ki, Bakıda keçirilən Azərbaycan-İtaliya biznes-forumunda İtaliya şirkətlərinə ölkəyə daha çox sərmayə yatırmaq çağırışı edilib, xarici sərmayənin qanun çərçivəsində yüksək səviyyədə qorunacağına təminat da verilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG