Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:54

Azərbaycan XİN Ermənistana vizasız getməklə bağlı açıqlama verdi


Azərbaycan XİN
Azərbaycan XİN

“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin ( XİN) mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva yanvarşn 8-də mətbuatda Azərbaycan vətəndaşlarının Ermənistana vizasız gedə biləcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

Leyla Abdullayeva qeyd edib ki, diplomatik münasibətlərin qurulması üçün isə qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq, hörmət etmək lazımdır:

"Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır".

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin saytında vətəndaşlarının Ermənistana vizasız səfər etməsi mümkün olan ölkələrin sırasında Azərbaycanın da göstərilməsi sosial şəbəkələrdə hay-küyə səbəb olmuşdu.

Ekspertlər bildirirlər ki, Müstəqil Dövlətlər Birliyi (MDB) müqaviləsinə görə bu quruma üzv olan ölkələr arasında vizasız gediş-gəliş rejimi mövcuddur.

Azərbaycan və Ermənistan MDB üzvüdürlər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

10 noyabr razılaşmasına əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG