Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Ekspert: Hökumət araşdırma aparıb, amma ictimaiyyətə məlumat verməyib


Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə Sinovac vaksini vurularkən
Keçmiş səhiyyə naziri Oqtay Şirəliyevə Sinovac vaksini vurularkən

Laboratoriyada yoxlamışam, təəssüf ki, əmələ gəlməyib…

Bakı sakini Nailə Balayeva deyir ki, hər iki doza Sinovac peyvəndi vurdursa da, onda anticism- koronavirusa qarşı müqavimət əmələ gəlməyib.

“Məndə çox az çıxdı. Təəssüf edirəm. İndi xəstəliyi heç vaksin etməmiş adam kimi keçirə bilərəm”.

Almaniyanın Bitburq Xəstəxanasının həkimi Şərif Süleymanov deyir ki, bəzi adamlarda anticism əmələ gəlmir, amma bu, o anlama gəlmir ki, vaksin keyfiyyətsiz olub:

“1-4 faiz insanlarda anticism yaranmır. Bu, bütün vaksinlərlə bağlı ehtimaldır. Bundan başqa ola bilsin ki, anticism testinin də nəticələri doğru olmaya bilər”.

Serbiyada da bugünlərdə bənzər problem yaşanıb, bəzi şəxslər Çinin başqa bir vaskini – Sinopharm-ın tam dozasını vurdurandan sonra anticism testində müəyyən ediblər ki, bədənin müqaviməti yaranmayıb.

Bəzi ərəb ölkələri - Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri eyni səbəbdən Sinopharm vaksininin üçünçü dozasını vurmağa qərar verib.

Vaksindən sonra da virusa müqavimət yaranmazsa...
Gözlə

No media source currently available

0:00 0:04:00 0:00

Testin nəticəsi yanlış ola bilər

Bakıda Azərbaycan Həkimlər Birliyinin üzvü Vasif İsmayıl bildirir ki, bəzən anticism testinin özü yanlış olur. Həkim bu baxımdan ikinci dəfə test verməyi məsləhət görür. O deyir ki, Azərbaycan hökuməti Sinovac-ın effektivliyi barədə araşdırma aparıb:

“Tam dozada peyvənd olunmuş şəxslərin xəstələndiyini və ağır bir xəstəlik keçirdiyini eşitmədim. Yəni, o baxımdan kənardan göründüyü qədər təsirlidir, effektlidir, amma hökumət strukturlarının bu barədə araşdırması olub, nəticələri isə ictimaiyyətə açıqlanmayıb”.

Tibbi Ərazi Bölmələri İctimai Birliyi - TƏBİB AzadlıqRadiosunun bu barədə sorğusuna cavabında bildirib:

“Elmi araşdırmalara görə, "Coronovac" vaksininin effektivlik göstəricisi 83,5 faiz, ölüm və ağırlaşma hallarının qarşısının alınmasında isə 100 faizdir. İmmunoqlobulinlərin formalaşması isə fərdidir. Onu da qeyd edim ki, indiyədək 2 milyondan çox vaksin vurulub və yüksək nəticə əldə olunub”.

Həkim: Anticism testi verməyə ehtiyac yoxdur

Nailə Balayeva isə deyir ki, növbəti dəfə vaksin vurmağı planlaşdırır və bu dəfə Avropanın təsdiqlədiyi və Azərbaycana yeni gətirilmiş Pfizer vaksini üçün müraciət etmək istəyir, onun daha keyfiyyətli olduğunu düşünür.

Almaniyada həkim Şərif Süleymanov isə deyir ki, anticism testi verməyə ehtiyac yoxdur:

“Robert Kox İnstitutu Vaksin Komitəsi antigen testi verməyi məsləhət görmür. Çünki 70 faiz insanda anticism yaranırsa, virusun yayılma ehtimalı çox aşağı düşür”.

Türkiyədə də Azərbaycanda olduğu kimi əsasən Çinin Sinovac şirkətinin istehsal etdiyi vaksin tətbiq olunur.

Türkiyənin Haccettepe Universitetinin araşdırmasına görə, bu vaksinin təsiri təqribən 84 faizdir.

Həmin araşdırmaya görə, bu peyvənd insan virusa yoluxarsa, onu xəstəxanaya düşmək həddində ağırlaşmadan 100 faiz qoruyur.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG