Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:32

Vaksinin yaratdığı immunitet nə qədər qalır – Qərb mediası


Kosovoda vaksinasiya başlanıb

İmmunitet gələcək ştammlardan da asılıdır. Məsələn, bir şəxs vaksinin yaratdığı anticismlərdən yayınmağı bacaran ştamma tutulsa, vaksin daha əvvəlki kimi effektli olmaya bilər

“The Washington Post” qəzeti koronavirusa qarşı vaksinin insanı hansı müddətə qoruduğunu araşdırıb, ekspertləri danışdırıb.

Klinik sınaqlara əsasən immunitetin üç ayacan davam etdiyini ekspertlər dəqiq bilirlər, qalan məsələlər qeyri-müəyyəndir. Yəni, bu heç də immunitetin 90 gündən sonra yoxa çıxması demək deyil. Tədqiqatçılar vaksinləri öyrənirlər və onların ömrüylə bağlı fikirlər də dəyişə bilər.

Adama, immunitetə baxır

Oreqon Dövlət Universitetinin Qlobal Səhiyyə Mərkəzinin direktoru Çunhey Çi deyib ki, immun reaksiyası adamdan adama fərqlənir. Reaksiyası güclü olanlarda daha çox anticism və yaddaş hüceyrəsi yaranır. Di gəl, daha güclü immun reaksiyasının immunitetin müddətini uzatmasına da dəlil yoxdur.

İmmunitet gələcək ştammlardan da asılıdır. Məsələn, bir şəxs vaksinin yaratdığı anticismlərdən yayınmağı bacaran ştamma tutulsa, vaksin daha əvvəlki kimi effektli olmaya bilər. Bunu isə İndiana Universitetinin Tibb Məktəbindən Lana Dbeibo deyir.

Ekspertlər koronavirusa qarşı təbii immunitet əsasında güman edirlər ki, vaksinlərin yaratdığı qoruyucu immunitet azı 6-8 ay qalacaq. SARS-CoV-2-yə qarşı immunitet “adi soyuqdəymə” kimi mövsümi koronaviruslara bənzəsə, onda vaksinlər hətta əlavə doza almadan 1, hətta 2 il qoruma təmin edə bilər.

Liderlərin çağırışı

Martın 30-da 20-dən çox hökumət və qlobal agentlik rəhbəri pandemiyaya hazırlıq üçün beynəlxalq saziş imzalamağa çağırıb. Onlar bununla gələcək nəsilləri qorumağı hədəfləyirlər.

Belə bir razılaşmanın ölkələri daha çox əməkdaşlığa necə sövq edə biləcəyinin detalları bəlli deyil.

Dünya Səhiyyə Təşkilatının (DST) Baş direktoru Tedros Adhanom Gebreyesus, Britaniyanın Baş naziri Boris Conson, İtaliyanın Baş naziri Mario Draqi və digərləri dünyanın pandemiyaya hazırlığını və reaksiya sistemlərini gücləndirməkdən ötrü “kollektiv öhdəliyi yeniləməyə” çağırıblar.

Tedros ötən həftə ilin ilk 100 günündə bütün ölkələrdə vaksinasiyanın başlanmasından ötrü zəngin ölkələri dərhal 10 milyon COVID-19 vaksini ianə etməyə çağırıb. Amma hələlik, heç bir ölkə vaksin paylaşacağını bildirməyib. İndiyədək dünya üzrə 459 milyondan çox vaksin vurulub, onların çoxu cəmi 10 ölkənin, 28 faizi isə bir ölkənin payına düşür.

Şərhlər

XS
SM
MD
LG