Keçid linkləri

2024, 15 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:30

Azərbaycan sülh indeksində geriləyib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada olub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada olub

2020-ci ildə dünyada 15 minə yaxın zorakı nümayişin, etiraz və iğtişaşın baş verdiyi vurğulanır

Azərbaycanın Qlobal Sülh İndeksində mövqeyi pisləşib. Bu indeksi 15 ildir beynəlxalq İqtisadiyyat və Sülh İnstitutu hazırlayır.

İndeksdə 121-ci yerdə qərarlaşan Azərbaycanın ötən il Ermənistanla 44 günlük müharibəsindən söz açılır. Müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib. 10 noyabr atəşkəs razılaşması ilə qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.

Türkiyəli alim: "Şuşa bəyannaməsi"hərbi ittifaq müqaviləsidir"
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Azərbaycan və qonşuları

Azərbaycan reytinqdə altı pillə geriləyib, ümumi balı isə 5.6 faiz azalıb.

Ermənistan 94, Gürcüstan 89, Rusiya 154, İran 141-ci yerdədir.

Dünyanın ən dinc ölkəsi İslandiya, ən münaqişəli ölkəsi isə Əfqanıstandır.

Ümumilikdə dünyada mülki iğtişaşlarıın 10 faiz artdığı bildirilir. Ən böyük geriləmə Belarusda qeydə alınıb.

2020-ci ildə dünyada 15 minə yaxın zorakı nümayişin, etiraz və iğtişaşın baş verdiyi vurğulanır.

2008-ci ildən bəri dünyanın hərbləşdirilməsi sahəsində yaxşılaşma olsa da, hazırda bu tendensiyada geriləmə var.

Ərdoğanın Şuşa səfəri nəyi dəyişəcək?
Gözlə

No media source currently available

0:00 0:03:54 0:00

İqtisadi fəsadlar

Ötən il zorakılığın iqtisadi fəsadları 14.96 trilyon dollara qalxıb. Bu, dünyada ÜDM-nin 11.6%-i, yaxud adambaşına 1942 dollar deməkdir.

Artıq altıncı ildir dünyada terrorçuluqdan ölüm azalıb.

Ötən il COVID-19 pandemiyasının münaqişələrin səngiməsinə müsbət təsir göstərdiyi də qeyd edilir. Ancaq eyni zamanda zorakı nümayişlərin sayı artıb. Dörd dəfə çox ölkədə yaxşılaşma deyil, pisləşmənin baş verdiyi vurğulanır.

Siyasi sabitsizlik yaranan ölkələrin də sayı artıb.

Hindistan, Çili, İtaliya, Fransa, Almaniya və Cənubi Afrika kimi ölkələrə nümayişlərin təsir göstərdiyi vurğulanır.

XS
SM
MD
LG