Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Azərbaycan Rusiya ilə birlikdə yenə də avtoritar ölkə sayıldı


Bakı, 19 oktyabr, 2019
Bakı, 19 oktyabr, 2019

Britaniyanın Economist Intelligence Unit qrupunun hər il dərc etdiyi Qlobal Demokratiya İndeksində Rusiya Federasiyası 165 ölkə arasında 134-cü yeri tutub.

Beləliklə indeksə görə Rusiya avtoritar rejimlər kateqoriyasına düşüb.

Ümumilikdə bu hesabatda üç kateqoriya var: Demokratik, Hibrid və Avtoritar rejimlər.

The Economist Intelligence Unit Demokratiya İndeksi hesabatını 2006-cı ildən dərc edir.

Rusiya avtoritar rejimlər kateqoriyasına 2011-ci ildən düşüb. Ona qədər bu ölkə hibrid rejimlər qrupunda idi.

Ölkə ötən il 10 pillə geriləyərək sıçrayışla 145-ci yerə düşmüşdü, amma bu il Konqonun səviyyəsinə yüksələ bilib.

Hesabatda deyilir:

"Bizim təxminlərimizə görə Vladimir Putin 2020-2024-cü illərdə hakimiyyətdə qalacaq. Qərblə münasibətlərdə gərginlik azalmayacaq. ABŞ və Avropa İttifaqının Rusiyaya qoyduğu sanksiyalar və Rusiyanın cavab tədbirləri qüvvədə qalacaq”.

Rusiyadan başqa keçmiş sovetlərdən indeksin avtoritar rejimlər kateqoriyasında Azərbaycan, Belarus, Qazaxıstan, Tacikistan, Türkmənistan, Özbəkistan da var.

Tacikistan və Türkmənistan reytinqin dibində 160 və 162-ci pillələri tuturlar.

Özbəkistan 157, Azərbaycan 147-ci, Belarus isə 141-ci yeri tutur.

The Economist Intelligence Unit-in hesabatında Baltik ölkələri demokratik hesab olunublar, amma Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstan aralıq kateqoriya olan hibrid kateqoriyasına daxil ediliblər.

Hesabatda deyilir ki, bu ölkələr əsasən demokratik olsalar da, onların idarəetməsində avtoritarizm elementləri mövcuddur.

Ukrayna son il ərzində mövqeyini xeyli yaxşılaşdıraraq demokratik ölkələr kateqoriyasına yaxınlaşıb, Ermənistan isə son üç ildə “az qala avtoritar kateqoriyadan az qala demokratik kateqoriyaya” doğru sıçrayış edib.

Özbəkistan Karimovun ölümündən sonra da avtoritar olaraq qalır.

Demokratiya indeksinin 2019-cu il hesabatında birinci yeri Norveç tutub. Onun ardınca İslandiya və İsveç gəlirlər.

Reytinqdə son üç yeri Mərkəzi Afrika Respublikası, Suriya və Şimali Koreya tuturlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG