Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:59

Azərbaycan yenə ‘avtoritar’ ölkə sayıldı


Bloqqer Mehman Hüseynova dəstək aksiyası, 3 yanvar, 2019-cu il
Bloqqer Mehman Hüseynova dəstək aksiyası, 3 yanvar, 2019-cu il

Ötən il son üç ildə ilk dəfə olaraq dünyanın demokratiya İndeksi pisləşməyib. Amma qlobal miqyasda heç irəliləyiş də qeydə alınmayıb.

‘Economist Intelligence Unit’ (EIU) bildirir ki, bütün dünyada hökumətlərin işindən məyusluq açıq-aşkar görünüb və bu da özünü siyasi qurumlara inamın, sonucda demokratiyanın özünə inamın sarsılmasında göstərir.

Son illər mülki azadlıqlarda müşahidə olunan geriləmə də dəyişməz qalıb. Amma qlobal səviyyədə demokratiyanın əsas komponentlərindən sayılan siyasi iştiraklılığın gücləndiyi bildirilir. Yəni əhali siyasətdən kənar qalmır, əksinə, səsverməyə gedir, etirazlara çıxır. Elə məhz bu fakt Demokratiya İndeksinin geriləməsini önləyib.

İlin qalibləri və luzerləri də bəllidir. Nikaraqua və Venesuela reytinqdə 17 pillə geriləyib. Avropada İtaliya 12 pillə, Türkiyə 10, Rusiya 9 pillə düşüb.

ERMƏNİSTAN DEMOKRATİYADA QAZANDI

Amma Ermənistan, Makedoniya, Ekvador, Haiti və Tunisin reytinqində yaxşılaşma qeydə alınıb.

Yerevanda etiraz aksiyası, oktyabr, 2018-ci il
Yerevanda etiraz aksiyası, oktyabr, 2018-ci il

Qeyd edək ki ötən il küçə etirazları nəticəsində Ermənistanda Serzh Sarkisian hakimiyyətdən getdi, müxalifət lideri Nikol Pashinian baş nazir postuna gəldi.

Tam demokratik ölkələr siyahısında ilk onluqda Norveç, İslandiya, İsveç, yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstraliya və İsveçrə yer alıb.

Azərbaycan 149-cu pillədə qərarlaşıb, “avtroritar” ölkə sayılıb. Onunla bu sırada Belarus, Əfqanıstan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Tacikistan və Türkmənistan yer alıb.

Azərbaycan hakimiyyəti ölkənin avtoritar üsullarla idarə olunmasına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Birləşmiş Ştatlar, Çexiya, Bolqarıstan, Xorvatiya, Serbiya və Rumıniya qüsurlu demokratiyalardır.

Ukrayna (84), Gürcüstan (89), Ermənistan (103) hibrid rejimli ölkələr sırasındadırlar.

EIU 2017-ci ildəki düşüşdən sonra Avropada, Asiyada, Avstraliyada, Saharaaltı Afrikada ötən il yaxşılaşma qeydə alındığını vurğulayır. Latın Amerikası və Qərbi Avropada isə davamlı pisləşmə baş verib. Şərqi Avropa 2006-cı ildən demokratiya İndeksinin çox pisləşdiyi region olaraq qalmaqdadır. Asiyada isə ən böyük irəliləyiş qeydı alınıb.

İtaliya, Türkiyə və Rusiya daxil olmaqla bir sıra Avropa ölkələrinin reytinqində ciddi geriləmə var. Ötən il Türkiyədə prezidentliyə nəzarətin zəifləməsi fonunda indeksi daha da düşüb. Recep Tayyip Erdogan-ın iyunda qalib gəldiyi seçki fövqəladə vəziyyətdə keçirilib, azad görünsə də, əsasən ədalətsiz keçib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG