Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 09:47

Pul çoxalıb, bəs edirmi?


Foto: arxiv

Noyabrda pul bazası 3,4 faiz artaraq 7 milyard 702.2 milyon manata çatıb. Azərbaycan Mərkəzi Bankının (AMB-nin) məlumatına görə, bu keçən ilin martından sonra ən yüksək göstəricidir.

Bu ilin iyunundan AMB manata təzyiqi azaltmaq üçün pul bazasını azaldırdı. Ekspertlər hesab edirdi ki, pul bazasının azaldılmasında AMB-nin bir məqsədi dollar alışını azaltmaqdır. Ancaq pul bazasının azalması iqtisadi fəallığı tam aradan qaldıra bilər. Bəs indi pul bazasının artmasına səbəb nədir? Bu qədər artım iqtisadiyyat üçün yetərlidirmi? Ümumiyyətlə, pul bazasının ən yüksək həddi 2014-cü ilin yayına təsadüf edir - 11.7 milyard manat. İndiki səviyyə isə həmin həddən 1.5 dəfə azdır.

Pul bazası dedikdə, pul kütləsinin MB-nin qısa müddətdə dəyişdirə bildiyi hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının MB-dəki müxbir hesablarının qalıqları) daxildir.

Ekspertlərin fikrinə görə, pul bazasının artmasına səbəb büdcə vəsaitlərinin dövriyyəyə buraxılmasıdır. Onların qənaətinə görə, dekabar ayında da pul bazası arta bilər. Ekspertlər həmçinin deyir ki, ölkə iqtisadiyyatı pulsuz fəaliyyət göstərə bilməz vəbu qədər artım yetərli deyil.

XS
SM
MD
LG