Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:34

AXCP-nin Nərimanov rayon şöbəsinin sədri, Qarabağda gedən döyüşlərin iştirakçısı Babək Həsənov həbsdə saxlandığı ayyarım ərzində ailə üzvləriylə görüşə və hətta telefonla da danışa bilməyib. O, vəkili Cavad Cavadov-a məktubunda bu barədə yazıb.

Hüquqlarının pozulduğunu deyən keçmiş döyüşçü vəkilindən bu məsələnin ictimailəşdirilməsini tələb edib.

Vəkil Cavad Cavadov AzadlıqRadiosu-na məlumatı təsdiqləyərək bildirib ki, məsələni ictimailəşdirmədən öncəgərəkli şəxslərə üz tutaraq, problemi çözməyə çalışsa da, cəhdləri nəticə verməyib.

“Elementar hüquqların təmini üçün tapşırıq verin...”

B.Həsənov Kürdəxanıdakı 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanır. Onun fikrincə, ailə üzvləriylə telefon danışıqlarına və görüşlərinə istintaq orqanının göstərişiylə məhduyyət qoyulub.

Vəkilin sözlərinə görə, istintaq orqanı bu fikirlə razılaşmayaraq, hər hansı məhdiyyət tətbiq etmədiklərini deyiblər.

“Müraciətlərimizə, hələ ki, rəsmi cavab almamışıq. Media vasitəsiylə Ədliyyə Nazirliyindən və Baş Prokurordan xahiş edirik, həbsdə olan şəxsin elementar hüquqlarının təmin olunması üçün tapşırıqlar verilsin”, - Cavad Cavadovun sözləridir.

Vəkil Cavad Cavadov
Vəkil Cavad Cavadov

Vəkil deyir ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun məhbusa yaxın qohumları, hətta “əlaqə saxlaması onun üçün qanuni maraq doğuran başqalarıyla da ayda 4 dəfə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququ verir. Qanunda yazılıb ki, şəxs həbs yerinə gətirildikdən dərhal sonra yaxın qohumlarına bu barədə məlumat vermək üçün telefonla zəng etmək hüququna malikdir: “Həbs edilmiş şəxslərin həftədə 2 dəfə 15 dəqiqəyədək telefonla danışmaq hüququ var”.

“Qardaşıma sovqatı qəbul edirlər, amma...”

Babək Həsənovun qardaşı Cavid Həsənov AzadlıqRadiosu-na bildirib ki, hər dəfə təcridxanaya sovqat aparıb, onunla görüşmək istəyəndə deyirlər ki, məhdudiyyət götürülməyib:

“Apardığımız sovqatların qəbulunda heç bir problem yoxdur. Amma görüşmək, telefonla danışmaq mümkün deyil. Bununla əlaqədar Penitensiar Xidmətə, təcridxana rəhbərliyinə, müstəntiqə həm şifahi, həm də yazılı müraciətlərimiz olub. Hələ ki, cavab ala bilməmişik”.

Xatırlatma

AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri, keçmiş Qarabağ döyüşçüsü, daha əvvəl də məhbus həyatı yaşamış Babək Həsənov mayın 25-də axşam saatlarında saxlanıblar.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdıqları bildirilir. İddialarda söhbət toplam 412 min dollardan (ortalama 700 min manatdan) gedir.

Onların haqqında Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1, 193-1.3.2 (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və s. maddələriylə cinayət işi açılıb.

AXCP sədri Əli Kərimli rəsmi ittihamı rədd edib, cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG