Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:13

AXCP üzvü Faiq Əmirli yenidən həbs olunub


Faiq Əmirli həbs olunarkən, Bakı, 9 aprel 2020
Faiq Əmirli həbs olunarkən, Bakı, 9 aprel 2020

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin köməkçisi Faiq Əmirli bu gün, mayın 25-də inzibati qaydada həbs olunub.
Onun Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə həbs edildiyi bildirilir.
Bu barədə Azadlıq Radiosuna onun həyat yoldaşı Lalə Əmirli məlumat verib. Onun sözlərinə görə, F. Əmirlini İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin (Xırda xuliqanlıq) pozulmasında təqsirli biliblər:

"Dünən, mayın 24-də Sabirabad rayonuna yaxınlarının qəbrini ziyarət etmək üçün getmişdik. Heç bir problem yox idi. Bu gün, mayın 25-də rayonda evə polislər gəldi, Faiqi söhbət etmək bəhanəsi ilə apardılar. İndi məlum olub ki, məhkəmə ona 15 sutka verib. Faiqi heç bir günahı olmadan apardılar".

Bu deyilənlərə, hələlik, Sabirabad Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən (DİN)münasibət öyrənmək mümkün olmayıb.
F.Əmirli bundan öncə bu il aprelin 8-də də saxlanmışdı. O, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə karantin rejimini pozmaqda ( Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martin 24-də karantin rejimi elan edilib) günahlandırılaraq 30 sutka inzibati həbs almışdı.
“Dünya birliyinin tənqidinə baxmayaraq, hakimiyyət koronavirusla mübarizə bəhanəsilə müxalifətçi və özgəfikirliləri “ovlamağa” davam edir”, deyə onda AXCP-dən bildirmişdilər.
Amma DİN karantin rejimindən müxalifətçilərə qarşı məqsədli şəkildə istifadə edilməsi haqqında deyilənləri yalanlamışdı.

Xatırlatma

Faiq Əmirli 4 il öncə də, 2016-cı il avqustun 20-da saxlanmışdı. O, əvvəlcə Cinayət Məcəlləsinin (CM) 168.1-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunurdu. Daha sonra Faiq Əmirliyə yeni ağır ittiham irəli sürülmüşdü.Ancaq ona verilmiş bəzi ittiham məhkəmə öncəsi götürüldü.
Faiq Əmirli yekun olaraq CM-nin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edildi.O, 3 il 3 ay həbs cəzası aldı.
Daha sonra Faiq Əmirliyə münasibətdə CM-nin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Səbail Rayon Məhkəməsinin hökmü ilə ona verilmiş 3 il 3 aylıq həbs cəzasının 2 il 2 ay beş günü şərti hesab olunub. Faiq Əmirli 2017-ci il sentyabrın 15-də azadlığa çıxıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG