Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:15

Cəbhəçi evə buraxılmadı


Babək Həsənov, 2010
Babək Həsənov, 2010

Avqustun 4-də Nəsimi Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nərimanov şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənovun ev dustaqlığına buraxılmasına dair verilmiş şikayətə baxılıb. Şikayət təmin olunmayıb və hakim həbs qərarını qüvvədə saxlayıb.

Bu barədə cəbhəçinin vəkili Cavad Cavadov məlumat verib. Onun deməsinə görə, Babək Həsənovun özü də prosesdə çıxış edərək heç yerə qaçmaq niyyətinin olmadığını desə də məhkəmə onun sözlərini nəzərə almayıb.

Babək Həsənov AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov və bu partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli ilə birgə bu il mayın 25-də axşam saatlarında saxlanılıblar.Məhkəmə onlar haqqında 4 aylıq həbs qəti imkan tədbiri seçib.

Onlarin saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) də birgə məluimat yaymışdı.

Həmin açıqlamaya görə, AXCP funksionerləri və mayın əvvəlində həbs edilmiş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunur. Açıqlamada S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırdığı bildirilirdi.

Cəbhəçilər, eləcə də S.Rüstəmli Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə ittiham edilir.

Onlar özlərini təqsirli bilmirlər.

AXCP sədri Əli Kərimli də rəsmi ittihamı rədd edib. Cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti təzyiq dalğası olduğunu bildirib.

XS
SM
MD
LG