Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:40

AXCP daha bir üzvünün 10 sutkalıq həbs olunduğunu bildirir


Füzuli Hüseynov. iyun 2017
Füzuli Hüseynov. iyun 2017

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) saxlandığı güman edilən fəalı Fizuli Hüseynov haqqında yeni məlumat yayıb.

F. Hüseynov son illərdə Bakıda metro stansiyaları qarşısında təkbaşına “ Siyasi məhbuslara azadlıq” şüarı yazılmış plakat qaldırması ilə tanınır və bir neçə dəfə polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada həbs edilib.
AXCP onun iyunun 14-də Bakıda saxlanaraq, 9-cu Polis Bölməsinə aparıldığı haqda məlumat yaymışdı. Onun iyunun 14-də REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədova azadlıq tələbi ilə yenə təklikdə (iyunun 14-ü İ.Məmmədovun ad günü idi) aksiya keçirdiyi deyilirdi.Partiya onun həmin gün saxlandığını bildirs də detallı bilgi verə bilmirdi.

AXCP-dən verilən yeni məlumata görə, dünən iyunun 15-də axşam eşdiblər ki, o 10 sutka inzibati qaydada həbs olunub və Biləcəridə inzibati həbs olunanların saxlanılma məntəqəsindədir.

Ancaq onun nədə ittiham edildiyi bə inzibati həbs cəzasının hansı məhkəmədə çıxarıldığı açıqlanmır.

AXCP-dən yayılan bu məlumatı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb. Fizuli Hüseynov haqqında deyilənlərə nə Daxili İşlər Nazirliyindən, nə də məhkəmələrdən münasibət almaq mümkün olub.

Xatırlatma

Hazırda AXCP-nin 10-dan çox üzvü isə müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.

Partiya onların hamısına böhtan atıldığını, siyasi sifarişlə tutulduqlarını bəyan edib.

Ancaq hakimiyyət rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG