Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Fevral, şənbə, Bakı vaxtı 23:46

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon təşkilatının həbsdəki fəalı Vasif Müzəffərov martın 24-ü axşam azadlığa buraxılıb.

Bu haqda partiyanın mətbuat xidmətinin məlumatında bildirilir.

Partiyanın məlumatında gənc fəalın durumunun normal olduğu bildirilir.

Vasif Müzəffərovun vəkilləri onun həbs edilməsinin qanunsuz olduğu, qurama ittihamla saxlanıldığı qənaətindədir. Bu səbəbdən, iş üzrə Avropa Məhkəməsinə şikayət ediləcək.

Vasif Müzəffərov fevralın 22-də saxlanmışdı. Fevralın 23-də Xətai rayon Məhkəməsi ona 30 sutka inzibati həbs cəzası vermişdi.

Sosial şəbəkələrdə fəallığı ilə seçilən gənc polisin qanuni tələblərinə tabe olmamaqda günahkar bilinmişdi.

Apellyasiya Məhkəməsi gəncin şikayətini təmin etməmişdi.

Hüquq müdafiəçilərinin bildirməsinə görə, fevral ayının ikinci yarısında 40-a yaxın müxalif fəal saxlanıb.

Onların bir neçəsi haqqında cinayət işi açılıb, digərləri isə inzibati qaydada həbs ediliblər.

İnzibati qaydada həbs edilənlərin bir çoxu cəzalarını çəkərək artıq sərbəst buraxılıblar.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG