Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:02

Saxalanan cəbhəçilər 'Gülençi'lər oldu?


Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri avqustun 19-da yaydıqları birgə bəyanatda saxlanan AXCP fəalları "Gülençi"lər kimi təqdim edilir.

Məlumatda bildirilir ki, əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinən Şahin İsrayılov, Fuad Əhmədli, Etibar Musayev Vüqar Qasımov həbs ediliblər.

Saxlanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) üzvlərinin olduğu bildirilir. Onlardan Fuad Əhmədli AXCP-nin Xətai rayon şöbəsinin gənclər təşkilatının rəhbəridir.

Birgə məlumatda qeyd edilir ki, həmin şəxslər mobil rabitə xidmətləri göstərən şirkətlərin müraciətləri əsasında aparılmış araşdırmalar nəticəsində saxlanılıblar.

Məlumatda bildirilir ki, saxlananlardan Şahin İsrayılov “Bakcell LTD” MMC-də əsas şәbәkә üzrə baş mühәndis, Fuad Әhmәdli “Azerfon” MMC-də “Zənglər mərkəzi”ndə operator, Etibar Musayev isə “Azercell Telecom” MMC-nin müştәri xidmәtində operator vəzifəsində çalışıb.

Onların qeyd edilən şirkətlərdə çalışdıqları müddətdə abunəçilərə dair fərdi məlumatları, zəng tarixçələrindən çıxarışları, vətəndaşların olduqları yerlər və sair qapalı məlumatları Vüqar Qasımova verdikləri bildirilir. Bu şəxslərə qarşı
Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Həmin ittihamların məhkəmədə hakim də haqlı saysa, onlar üç ilə qədər müddətə azadlıqdan məhrum oluna bilərlər.

Amma hələlik adı çəkilən şirkətlərdən və rəsmi məlumatda adı çəkilən şəxslərin yaxınları və ya vəkillərindən bu ittihamlarla hər hansı reaksiya səslənməyib.

*** Bunlara da baxın:


Məlumatda o da bildirilir ki, fakt üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb. Şahin İsrayılov, Fuad Əhmədli, Etibar Musayev və Vüqar Qasımov təqsirləndirilən şəxs qismində cəlb olunub və barələrində həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq bildirir ki, saxlanan şəxslərin yaşadıqları ünvanlarda keçirilmiş baxış zamanı qanunsuz fəaliyyətlərinə dəlalət edən maddi sübutların götürülüb.

“AXCP Xәtai rayon Gәnclәr tәşkilatının sәdri Fuad Əhmədlinin yaşadığı ünvanabaxış keçirilib. Ona məxsus əşyaların arasında qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, Fətullah Gülənin çıxışları olan vərəqələr, “Gülən camaatı” adlandırılan qrupun üzvləri, “Hizmət imam”ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər aşkarlanıb”, deyə birgə məlumatda qeyd edilir.

AXCP isə hələ avqustun 18-də bəyan etmişdi ki, onun üzvilərindən Fuad Əhməd və daha bir neçə şəxs saxlanıb.

AXCP baş verənləri Konstitusiyaya dəyişikliklərin əleyhinə olanlara təzyiq kimi dəyərləndirirdi.

Son günlər bir sıra yerli və Rusiya KİV-ində AXCP sədri Əli Kərimli “Gülençi”lərlə iş birliyində ittiham edilmişdi. Əli Kərimli bu iddiaların arxasında hakimiyyətin durduğunu bəyan etmişdi. AXCP sədrinin fikrincə, hakimiyyət bu siyasəti ilə həm öz içində Fetullah Gülenlə əməkdaşlıq etmiş insanları qoruyur, həm də əsas müxalifəti sıradan çıxarmağa çalışır.

Türkiyə hökuməti hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fetullah Güleni iyulun 15-də ölkələrində baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG