Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Oktyabr, Cümə, Bakı vaxtı 02:57

AXCP fəalının da “kars”a salındığı bildirilir


Fuad Qəhrəmanlı məhkəmədə. İllüstrasiya

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Fuad Qəhrəmanlının və “Nardaran işi” üzrə məhkum edilən daha iki nəfərin cərimə kamerasına (kars) salındığı bildirilir.

Bu haqda onların yaxınları məlumat veriblər.

Fuad Qəhrəmanlı ilə bərabər onunla mühakimə olunanlardan Abbas Hüseynov və Əli Nuriyevin də Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında cərimə kamerasına salındığı söylənir..

Bundan əvvəl iyulun 20-də adıçəkilən şəxslərlərlə eyni iş üzrə mühakimə edilən “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırovun da təcridxanada cərimə kamerasına salındığı bildirilirdi.

Cəzaların müddəti barədə məlumat verilmir.

Məsələyə Penitensiar Xidmətdən, hələlik, aydınlıq gətirmək mümkün olmayıb.
İyulun 20-si Bakı Apellyasiya Məhkəməsində adıçəkilən şəxslərin işi üzrə məhkəmə prosesi keçirilib. Vəkillərdən sonra, təqsirləndirilən şəxslərin özləri də çıxış etmək istəyiblər. Ancaq onlardan çoxu bu istəklərini gerçəkləşdirə bilməyiblər.

Təqsirləndirilən şəxslərdən yalnız Aqil İsmayılov və Cahad Babakişizadə çıxış edərək, hökumətin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onların sözünü hakimin kəsməsi digər təqsirləndirilənlərin etirazına səbəb olub.

Hakim bütün təqsirləndirilənləri dinləmədən prokurora söz verib. Bu, təqsirləndirilən şəxsləri hiddətləndirib. Onlar öz ayaqqabı və əllərindəki su qablarını hakimlərə atıblar.

Hakimlər məhkəmə zalını tərk ediblər, prosesi izləməyə gələnlər məhkəmə zalından çıxarılıb.

Bu hadisədən təxminən iki saat sonra vəkillərə məlumat verilib ki, müdafiəçilərin iştirakı olmadan məhkəmə davam edib və qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsi Taleh Bağırov və daha 17 nəfər haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

Buna da bax: Fuad Qəhrəmanlının xanımı: «İnternetdə izlədim ki, evimə giriblər»

«İnternetdə izlədim ki, evimə giriblər»
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib.

Daha iki qrupun məhkəməsi davam edir.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər. Yalnız ilkin dindirilmədə işgəncə yolu ilə “etirafa” məcbur edildiklərini bildiriblər.

Ancaq Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG