Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:14

Cəbhəçinin evi sökülə bilər


Fəzail Əliyevin tikdirdiyi ev
Fəzail Əliyevin tikdirdiyi ev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qazax rayon təşkilatının fəallarından Fəzail Əliyev təzyiqlərlə üzləşdiyini bildirir. O, AzadlıqRadiosuna deyib ki, təzyiqlərə səbəb Milli Şuranın oktyabrın 28-də keçirdiyi mitinqində iştirak etməsidir:

«Rayon mərkəzində işlədiyim, amma dayım oğluna, bacım qızına məxsus çayxananı bağladılar. Bu günlərdə rayon icra hakimiyyətindən məktub gəlib ki, tikintisi hələ başa çatmamış evim söküləcək. Səbəb də budur ki, guya həmin tikili yüksəkgərginlikli elektrik xəttinin qoruq zonasında yerləşir. Halbuki, bu evin cəmi birmərtəbəsi tikilib. Özü də bunu gizlin tikməmişəm ki, hamı görüb. O zaman bu sözü niyə demirdilər? Bugün, noyabrın 10-da isə bacım qızına icra hakimiyyətindən deyilib ki, mənim evimin söküləcəyi qətidir».

«HEÇ STALİN REJİMİ ZAMANI...»

F.Əliyev Qarabağ savaşı vaxtı Qazax rayonunun kəndlərinin müdafiəsində könüllü iştirak edib. Bir neçə il döyüşlərdə olub. İndi deməsinə görə, Qarabağ döyüşlərində əlil olan insanları da onun əleyhinə qaldırmaq istəyirlər:

«Bütün bu təzyiqlər birbaşa siyasi fəaliyyətimlə bağlıdır və qanunsuzdur. Heç Stalin rejimi zamanı adamın siyasi əqidəsinə görə evini uçurmayıblar».

Cəbhəçinin deməsinə görə, mitinq ərəfəsində polislər yaşadığı yerə gəliblər. Onun deməsinə görə, mitinqdə iştirak edəcəyi halda qohumlarının polisə aparılacağını bildiriblər.

Poçtalyon: 'Məni mitinqə görə işdən çıxardılar'
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

F.Əliyevin dediklərinə hələlik nə Qazax Rayon İcra Hakimiyyətindən, nə də polisdən münasibət almaq mümkün olub.

XATIRLATMA

Milli Şura bu il sentyabr və oktyabr aylarında Bakıda «Talana yox!» şüarı ilə üç mitinq keçirib. Mitinqlər öncəsi və sonra quruma daxil olan AXCP-nin 10-dan çox fəalı saxlanaraq inzibati qaydada həbs edilib. AXCP onların aksiyanın kütləviliyinin qarşısının alınması məqsədilə cəzalandırıldığını bildirib. Hərçənd, onların hamısı polisin əmrinə tabe olmamaqda günahlandırılıblar. Üstəlik, hər üç aksiya şəhər rəhbərliyi ilə razılaşdırılıb. AXCP-dən verilən məlumata görə, aksiyalar ərəfəsində yüzlərlə fəal polisə aparılıb, hədələnib. Ancaq belə məlumatlara Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bütün bunlardan başqa, mitinqlərə görə bir neçə şəxsin işdən çıxarıldığı da açıqlanıb. Onların aralarında müəllimlərin, aktyorların və hətta poçt işçilərinin olduğu bildirilir. Ancaq onların iş yerlərində əmrlərin siyasi motivlərlə verildiyi təkzib edilib.

Ötən ay Avropa Birliyi Şurasının rəsmilərini qəbul edən prezident İlham Əliyev də kütləvi aksiyalar mövzusuna toxunub. Prezident deyib ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin edilir. Dövlət başçısının deməsinə görə, sadəcə xalq belə aksiyaları dəstəkləmir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG