Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:36

AXCP: Cəbhəçiyə 30 sutka verilib


Polis

Mayın 7-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Təşkilat şöbəsinin üzvü Ramid Nağıyevin Binəqədi Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 30 sutka həbs olunduğu bildirilib.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, R.Nağıyev dünən, mayın 6-da səhər saatlarında yoxa çıxıb: "Nə yaxınları, nə də partiya üzvləri Ramiddən xəbər tuta biliblər. Daxili İşlər Nazirliyinin "102" xidmətinə müraciət olunsa da, məlumat verilməyib. Yalnız bugün, mayın 7-də məlum olub ki, Ramid Nağıyev 30 sutka müddətinə həbs olunub. Onun nədən ittiham olunduğunu bilmirik. Amma həbsin əsl səbəbi partiyaya qarşı aparılan təzyiq kampaniyasının davamıdır".

AXCP-dən vurğulayıblar ki, son həftələr ondan çox cəbhəçi müxtəlif ittihamla inzibati qaydada həbs edilib. Partiya onların həbsini siyasi mənsubiyyətləri ilə izah edir.

R.Nağıyevin həbsi ilə bağlı deyilənlərə, hələlik, nə Daxili İşlər Nazirliyi, nə də Binəqədi Rayon Məhkəməsindən münasibət almaq mümkün olub. Amma rəsmilər, bir qayda olaraq, ölkədə insanların siyasi baxış və dinc fəaliyyətlərinə görə həbs edilməsi ilə bağlı deyilənləri əsassız sayırlar.

Multimedia

XS
SM
MD
LG