Keçid linkləri

Təcili xəbərlər
2020, 04 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:42

AXCP üzvünün harada olduğu bilinmir


Polis

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Arif Paşayev yoxa çıxıb. Bu barədə "Turan"a iyulun 13-də partiyadan məlumat verilib.

AXCP-dən bildirilib ki, böyük ehtimalla, A.Paşayev həbs olunub: "Gecə saat 3 radələrində Arif Paşayevin Tərtər rayondakı evinə polislər gəlib onu soruşublar. Tapa bilməyəndə isə Bakıdakı qaldığı evin ünvanını soruşub atasını polis şöbəsinə aparıblar. Arif Paşayevin mobil telefonuna isə artıq bir neçə saatdır zəng çatmır. Ehtimal edirik ki, həbs olunub".

Partiyadan əlavə ediblər ki, A.Paşayevin həbs səbəbi onun sosial şəbəkələrdə aktivliyi və siyasi fəaliyyətidir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirindən münasibət öyrənmək mümkün olmayıb.

Azərbaycan hakimiyyəti ölkədə heç kimin siyasi fəaliyyətinə görə təqib olunmadığını, bütün azadlıqların təmin olunduğunu bildirir.

XS
SM
MD
LG