Keçid linkləri

Təcili xəbərlər
2019, 26 Avqust, Bazar ertəsi, Bakı vaxtı 07:27

AXCP üzvünün cəzası azaldıldı


O.Baxışlı

AXCP Gənclər Komitəsinin üzvü Orxan Baxışlının həbs cəzası 6 ildən 3 ilə endirilib.

Bu haqda Ali Məhkəmə iyunun 4-də qərar çıxarıb.

Gənc fəala qarşı narkotik maddənin satış məqsədilə saxlanması ittihamı dəyişdirilib.

Anası Kəmalə Rəhimli AzadlıqRadiosuna bildirib ki, Avropa Məhkəməsinə şikayət edəcəklər, çünki bu qərar onları qane etmir: «Mənim oğlum günahsızdır».

O.Baxışlı ötən il mayın 6-da saxlanıb. Onun üzərindən 6 qram heroin tapıldığı iddia olunurdu. 2018-ci il sentyabrın 18-də 6 il azadlıqdan məhrum edilib.

Gənc fəal ittihamı rədd edir, narkotikin cibinə polislər tərəfindən atıldığını deyir.

AXCP-dən isə bildirilib ki, O.Baxışlı həbsindən bir neçə gün öncə - mayın 3-də Beynəlxalq Söz Azadlığını Müdafiə Günündə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündə etdiyi çıxışa görə cəzalandırılıb. Həmin çıxışda gənc fəal E.Hüseynovun qətlində hakimiyyəti günahlandırmışdı.

Rəsmilər isə dəfələrlə bəyan ediblər ki, E.Hüseynovun qətlində günahkar olan şəxslərin tapılmasında maraqlıdırlar. Onlar bu qətlə görə hakimiyyətin günahlandırılmasını əsassız sayırlar.

E.Hüseynov 2005-ci ildə qətlə yetirilib. Qatil və ya qatillər hələ də tapılmayıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG