Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:46

Avtomobillərin qiymətlərində artım gözlənilir


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

«2019-cu ildən Azərbaycanda avtomobillərin qiymətindəki artım sürətlənəcək».

Bunu iqtisadçı Vüqar Bayramov bildirib.

İqtisadçi deyib ki, bu artım Vergi Məcəlləsinə edilən dəyişikliklərlə əlaqəlidir. O vurğulayıb ki, ölkəyə idxal edilən avtomobillərə tətbiq edilən yeni aksiz vergi dərəcələri yanvarın 1-dən qüvvəyə minir: ​«Həmin dəyişikliklərə görə, bütün növ mühərrikə malik avtomobillərin idxalına tətbiq edilən aksiz vergisinin artırılması nəzərdə tutulub. Avtomobillərin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda onun hər kubsantimetrinə görə aksiz vergisi 20 qəpikdən 30 qəpiyə yüksəldilib. Vergi həmin göstərici 3000 kubsantimetrədək olan avtomobillərdə əvvəllər 400 manat + mühərrikin həcminin 2001- 3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə isə 3 manat idi. Gələn ildən bu rəqəmlər uyğun olaraq 600 manat və 5 manat olacaq».

İqtisadçı vurğulayıb ki, mühərrik gücü böyük olan avtomobillərdə daha yüksək vergi artımları nəzərdə tutulur. Onun deməsinə görə, dəyişikliklərin gələn ildən qüvvəyə minəcəyinə baxmayaraq, artıq avtomobil bazarında qiymət artımları müşahidə edilməkdədir.

V.Bayramova görə, mühərrik gücü böyük olan avtomobillərin idxalına tətbiq edilən aksiz vergilərinin artırılmasını fiskal (büdcə-vergi) baxımdan əsaslandırmaq mümkün olsa da, kiçik mühərrikli avtomobillərlə bağlı bunu demək çətindir.

İqtisadçının sözlərinə görə, avtomobil idxalı ilə bağlı aksiz vergilərinin davamlı olaraq artırılması ölkədə avtomobil parkının köhnəlməsinə səbəb olur. O hesab edir ki, bu hal növbəti illərdə ekoloji problemlər də yarada bilər.

V.Bayramov deyir ki, gələn ildən xüsusən yeni avtomobillərin qiymətində daha çox artımlar gözlənilir.

Xatırlatma

Sonuncu dəfə bu il yanvarın 1-də Azərbaycana gətirilən bəzi minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artırılmışdı. Bu, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də təsdiq etdiyi «Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri» ilə bağlı qərarında öz əksini tapmışdı. Həmin vaxt rüsum avtomobillərin mühərrikindən asılı olaraq təqribən 75 faiz artırılmışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG