Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

Deputat: 'Bu, bazarı nəzarətdə saxlayanların maraqlarına xidmət edir'


F.Mustafa
F.Mustafa

«İctimai nəqliyyatda gediş haqlarının qaldırılması səbəbini müəyyən etmək mümkün deyil».

Bunu Tarif Şurasının bu il iyulun 30-da qəbul etdiyi qərarla ictimai nəqliyyatda gediş haqlarının 50 faiz bahalaşmasını şərh edən deputat Fazil Mustafa bildirib.

F.Mustafa vurğulayıb ki, gediş haqlarının qaldırılmasından ötrü səbəb görmür: «Neftin qiyməti sahəsində böhran yoxdur, manat dollara nisbətdə sabitliyini saxlayır, əhalinin rifah halında dəyişiklik yoxdur, yəni maaşlar qaldırılmayıb, gəlirlər artmayıb. Buna görə də düşünürəm ki, gediş haqlarının qaldırılmasına ehtiyac yox idi».

Deputat rəsmilərin hətta qiymətlər artırıldıqdan sonra da Azərbaycanda ictimai nəqliyyatda gediş haqlarının bir sıra MDB və Avropa ölkələrindən ucuz olması haqqında deyilənlərə də münasibət bildirib. O vurğulayıb ki, bunu deyənlər Avropada maaşların Azərbaycanla müqayisədə 10 dəfəyə qədər çox olmasını da nəzərə almalıdırlar: «Bu, ilk növbədə müəllimlərə, həkimlərə, elə jurnalistlərin özlərinə ağır zərbədir».

Nəqliyyatda gediş haqqının qalxmasına münasibətiniz necədir?
Gözlə

No media source currently available

0:00 0:01:34 0:00

F.Mustafa Nazirlər Kabinetinin qərarı ilə bu il iyulun 31-dən ölkəyə gətirilən mobil cihazların dövlət qeydiyyatı ilə bağlı rüsumunun artırılmasını da əsassız sayıb. «Rüsumların belə kəskin artırılması bu bazarı nəzarətlərində saxlayan qüvvələrin maraqlarına xidmət edir», - deputat bildirib.

Xatırlatma

Tarif Şurası iyulun 30-da ictimai nəqliyyatda gediş haqlarını 50 faiz bahalaşdırıb. Rəsmilər bunu avtobus parkının yenilənməsi, ehtiyat hissələrin xaricdən valyuta ilə gətirilməsi, xidmətin keyfiyyətinin yaxşılaşdırılması istəyi ilə izah edir.

İyulun 31-də isə Nazirlər Kabineti ölkəyə gətirilən mobil cihazların qeydiyyatı ilə bağlı rüsumu 4 dəfədən 30 dəfəyədək artırıb. Əvvəllər bu, 5 manat idisə, qərardan sonra telefonun funksiyası və qiymətindən asılı olaraq 20 manatdan 150 manat arasında dəyişəcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG