Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:16

Avtobus dayanacağında avtomobil saxlayana cərimə


Avtobus dayanacağı.

Sərnişin daşıyan avtobus marşrutlarının dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir.

Parlament bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr etməyə hazırlaşır.

APA-xəbər verir ki, məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə bununla əlaqədar iki bənd əlavə olunacaq.

Buna da bax:​ Bakıda avtobusa minmək tapmacaya dönüb

Əlavə edilməsi təklif olunan 322.0.8-ci maddədə qeyd edilir ki, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır. Buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.

322.0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır. Buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.

Buna da bax: 6 ayda sürücülərə 40,2 milyon manat cərimə

Təklif Milli Məclisin dekabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq.

XS
SM
MD
LG