Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:42

-

Qaydaların pozulmasına görə, 2016-cı ilin yanvar-iyun aylarında sürücülərə 40,2 milyon manat məbləğində cərimələr tətbiq edilib.

“Turan” İnformasiya Agentliyinin xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatında belə qeyd edilir.

Məlumatda bildirilir ki, bu ilin 6 ayında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin sayı azalıb. Bununla yanaşı, komitə yol-nəqliyyat hadisələrinin sayı barədə məlumat vermir, sadəcə təhlilini diqqətə çatdırır.

“Belə ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 13,4 faiz, zərərçəkənlərin sayı isə 16,4 faiz azalıb. Zərərçəkənlərin 970 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 304 nəfəri həlak olub”, deyə Dövlət Statistika Komitəsi bildirir.

Yol-nəqliyyat hadisələrinin 43,6 faizi gündüz, 37,4 faizi gecə, 19,0 faizi isə alatoran vaxtı baş verib. Hadisələrin 29,0 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 23 hadisə baş verib, nəticədə 37 nəfər zərər çəkib.

2016-cı ilin yanvar-iyun aylarında yol-hərəkəti qaydaları əleyhinə 1387,8 min inzibati xəta aşkarlanıb. Bu 2015-ci ilin eyni dövrü ilə müqayisədə 23,6 faiz çoxdur.

Bu il İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə yol hərəkatı qaydalarının pozulmasına görə, cərimələr də artırılıb. O vaxt ekspertlər bunu neftin qiymətinin azalmasından sonra hökumətin büdcəni doldurmaq cəhdi kimi dəyərləndirirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG