Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:25

Avropalı məruzəçilər Bakıya gəlir


Avropa Şurasınln binası, 8 aprel 2014

Avropa ŞurasıParlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin məruzəçiləri Azərbaycanagələcək.

Deputatlar Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) yanvarın 12-dən 14-ə kimi Azərbaycanda olacaqlar.

Səfərdə məqsəd ölkənin Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

Bu barədə AŞPA-nin mətbuat xidməti məlumat yayıb.

Məruzəçilərin səfəri “Avropa Sabitlik Təşəbbüsü (ESI)” beynəlxalq QHT-nin “Kürü diplomatiyası-2 ” sənədinin açıqlanması fonunda həyata keçirilir. SənəddəAzərbaycan nümayəndə heyətininüzvlərinin AŞPA-nın bəziüzvlərini ələ alınmasına dair fikirlər yer alıb. Söhbət həmin şəxslərin bir neçə il əvvəl Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamənin qəbul edilməməsinə dəstək vermələrindən gedir.

Rəsmi Bakı həmin ittihamları şərh etməyib. Ancaq ayrı-ayrı deputatlar bunu yalanlayıb.

XS
SM
MD
LG