Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:24

Ukraynalılara Avropaya vizasız giriş verən 'tarixi sənəd' imzalandı


Strasburqda imzalama mərasimi
Strasburqda imzalama mərasimi

Avropa İttifaqı və Avropa Şurasının nümayəndələri Ukrayna ilə viza rejiminin liberallaşdırılmasına dair çoxdan gözlənilən sənədi təsdiqləyiblər.

Sazişi Avropa Parlamentinin prezidenti Antonio Tajani və Maltanın daxili işlər naziri Carmelo Abela imzalayıblar. Malta hazırda Avropa İttifaqının rotasiyalı prezidentidir.

Mərasimdə iştirak edən Ukrayna prezidenti Petro Poroşenko deyib ki, bu imzalama Ukraynanın tarixində əlamətdar hadisədir.

Poroşenko bəyan eib ki, “bu, Ukrayna üçün, onun 45 milyonluq xalqı üçün və mən tamamilə əminəm ki, Avropa İttifaqı üçün tarixi bir gündür".

Prezident deyib ki, beləliklə, Ukrayna Avropa ailəsinə qayıdır və Sovet və rus imperiyasına əlvida deyir.

Tajani deyib ki, viza liberalizasiyası “son dərəcə avropayönlü” Ukraynaya “yaxşı mesajdır”.

"Viza liberallaşdırmasının yeni qaydaları yeni eranın başlanğıcıdır” – deyib Tajani.

Aİ üzvləri bu sazişə razılıqlarını mayın 11-də veriblər və vizasız rejim iyunun 11-dən qüvvəyə minir.

Bu qaydalara görə biometrik pasportları olan Ukrayna vətəndaşları istənilən 180 gün müddətindəİrlandiya və Birləşmiş Krallıqdan başqa istənilən Aİ ölkəsinə 90 günədək müddət üçün vizasız gələ bilərlər.

Poroşenkonun xələfi Viktor Yanukoviç Avropa İttifaqı ilə daha sıx bağları nəzərdə tutan sazişi imzalamaqdan imtina etməsi ilə öz ölkəsində kütləvi etirazlara səbəb olmuş və 2014-cü ildə hakimiyyətdən devrilmişdi.

Bunun ardınca elə həmin il Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib və Ukraynanın şərqində separçl hərəkat yaradıb. Ukrayna hökumət qoşunları və Rusiya tərəfindən dəstəklənən separatçılar arasında davam edən müharibədə indiyədək 9900 nəfər öldürülüb.

Müasir Ukraynanın böyük bir hissəsi 17-ci əsrin əvvəllərində Rusiya imperiyasına daxil idi.

Ukrayna SSRİ-nin çökməsi ilə, 1991-ci ildə müstəqillyini elan edib.

Gürcüstan vətəndaşlarına Aİ-yə vizasız gediş hüququ verən saziş martın 28-dən qüvvəyə minib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG