Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Avropa Ukrayna seçkilərinin Rusiyanın mümkün müdaxiləsindən müdafiəyə çalışır


Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini (solda), Ukrayna prezidenti Petro Poroshenko və Avropa Şurasının prezidenti Donald Tusk Brüssel görüşü zamanı
Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini (solda), Ukrayna prezidenti Petro Poroshenko və Avropa Şurasının prezidenti Donald Tusk Brüssel görüşü zamanı

Avropa İttifaqının 18 üzv ölkəsi bloku Kiyevə, Rusiyanın Ukraynada keçiriləcək prezident və parlament seçkilərinə mümkün müdaxilə cəhdlərindən qorumaq üçün dəstək verməyə “hazır olmağa” çağırıb.

AzadlıqRadiosu xəbər verir ki, 18 ölkənin imzaladığı “Ukraynanı Avropa Yolunda Saxlamaq” adlı sənəddə deyilir ki, Avropa İttifaqı “Avropa İttifaqında Ukrayna süstlüyünə” və “Ukraynada Avropa İttifaqı süstlüyünə” yol verməməlidir.

Avropa İttifaqı rəsmilərinin açıqlamaq səlahiyyətində olmadıqları bu sənəd Avstriya, Belçika, Britaniya, Xorvatiya, Çex Respublikası, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, Latviya, Litva, Malta, Polşa, Rumıniya, Slovakiya, Sloveniya və İsveç nümayəndələri tərəfindən imzalanıb.

Sənədin Avropa İttifaqı xarici işlər nazirlərinin fevralın 18-də “Ukraynadakı siyasi vəziyyətə dair” Brüsseldə keçiriləcəkdebatlarında müzakirə olunacağı gözlənilir.

Müzakirəyə çıxarılan sənəddə deyilir ki, qarşıdan gələn seçkilər “Ukrayna üçün onun demokratiyası, islahatları, ardlıcıllığı və oriyentasiyasının imtahanı olacaq”.

Sənəddə bu da qeyd olunur ki, Ukraynanın Avropa yoluna davam etməsi Avropa İttifaqının marağındadır.

Bu da bildirilir ki, “Ukraynada kampaniya mühiti mürəkkəbdir və Rusiyanın müdaxiləsi təqdirində Kiyevin ardıcıllığı əsas amil olacaq”.

Sənəddə deyilir ki, Moskvanın “özünə sərf edən namizədlərə kiberhücumlar və dezinformasiya kampaniyaları vasitəsilə dəstək verəcəyi gözlənilir”.

Avropa İttifaqının 18 ölkəsi bəyan edir ki, “Rusiyanın Ukraynanı “iflasa uğramış dövlət” kimi təqdim etməsinə qarşı tədbirlər görülməlidir.

Sənəddə habelə “canlı vətəndaş cəmiyyəti və beynəlxalq icma ilə birlikdə Ukraynanın gücü və Avropa oriyentasiyasının inkişafı naminə həyati islahatların icrası üçün təsirli səylər göstərən Ukrayna rəhbərliyi” təqdir edilir.

Bu da qeyd olunur ki, Ukraynanın 22 illik postsovet həyatının son beş ilində həyata keçirdiyi islahatlar daha əsaslı və daha geniş olub, yerli idarərtmə, ictimai inzibatçılıq islahatları həyata keçirilib, pensiya sistemi və şəffaflıq inkişaf etdirilib.

Bununla yanaşı sənəddə qeyd olunur ki, ölkədə “tam müstəqil və səmərəli antikorrupsiya məhkəməsinin yaradılması bu sahəyə geriyədönməz təkan verə bilərdi”.

Ukrayna hakimiyyətinə habelə “plüralist, müstəqil və açıq media landşaftının”, həmçinin “yaxşı maliyyələşdirilən ictimai teleradio yayımçısının” yaradılması tövsiyə edilir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG