Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:46

AŞPA Azərbaycanla bağlı siyasi məhbus məruzəçisi təyin edib


AŞPA, Strasburq, 2 oktyabr 2008
AŞPA, Strasburq, 2 oktyabr 2008

Avropa Şurası (AŞ) Azərbaycanda siyasi məhbus məsələsi ilə bağlı məruzəçi təyin edib.

Bu haqda Avropa Şurasının məlumatında bildirilir.

Qərarı Avropa Şurasının Hüquq və İnsan Haqları Komitəsi verib.

İslandiyadan olan deputat Thorhild Sunna Evarsdottir iyunun 25-də Avropa Şurasının Hüquq və insan haqları komitəsinin sədri seçilib. Həm də məruzəçi təyin edilən deputat, “Azərbaycandakı siyasi məhbuslar” adlanan hesabat hazırlamalıdır.

2 ay əvvəl deputat Pieter Omtzigt başda olmaqla Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə hesabatın hazırlanması və yeni məruzəçinin təyin edilməsi təklifini irəli sürmüşdülər.

Deputatların müraciətində vurğulanırdı ki, 2013-cü ildə AŞPA almaniyalı deputatı Kristof Ştrasserin hazırladığı Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatını rədd edib.

Onlar AŞPA-nın Müstəqil Araşdırmalar Qrupunun bu yaxınlarda yaydığı korrupsiya ilə bağlı sənədə istinadən hesab edirdilər ki, bəzi keçmiş və indiki deputatların həmin hesabatın qəbul edilməməsində əhəmiyyətli rol oynadığına aid şübhələr var. Deputatlar bəzi şəxslərin işini də yada salaraq bildiriblər ki, Azərbaycanda siyasi məhbus problemi realdır.

“Buna görə də, Azərbaycanda siyasi məhbus problemi ilə bağlı yeni bir hesabatın yazılması uygundur”, müraciətdə bildirilirdi.

AŞPA Bürosu həmin təşəbbüsü qəbul etmişdi.

Xatırlatma

Avropa Şurası 2 ay əvvəl korrupsiya iddiaları ilə bağlı 10 aydan artıq davam edən istintaqın nəticələrini açıqlamışdı. Həmin vaxt açıqlanan hesabatda bildirilirdi ki, qurumun parlament assambleyasının (AŞPA) bir neçə üzvü Azərbaycana münasibətdə etika qaydalarını pozub.

Aprelin 22-də açıqlanmış 219 səhifəlik hesabatda iddia olunurdu ki, Azərbaycan, keçirdiyi seçkilərə və yol verdiyi bildirilən insan haqları pozuntularına qarşı tənqidi minimuma endirməkdən ötrü assambleyaya aşırı təzyiq göstərib.

“Təhqiqat qurumu müəyyən edib ki, AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin korrupsiya xarakterli fəaliyyət aparmasına güclü şübhələr var”, – sənəddə vurğulanırdı.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin başçısı Səməd Seyidov isə bu hesabatı rədd edib, “Azərbaycana qarşı nifrət kampaniyası”nın hədəfinin Bakıyla Avropa Şurası arasında “uçurum” yaratmaq olduğunu deyib.

Sonradan onun özünə 2 illik sanksiya qoyulub. Həmin müddətdə o AŞPA-da yüksək vəzifə tuta və məruzəçi kimi faliyyət göstərə bilməz.

Yerli hüquq müdafiəçiləri hazırda Azərbaycanda 140 civarında siyasi məhbusun olduğunu bildirirlər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbus olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG